Azeko

Azeko Xəbərlər 5-02-2018, 09:49

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkədə ilk özəl kredit bürosu - "Azərbaycan Kredit Bürosu" MMC yaradılıb.

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkədə ilk özəl kredit bürosu - "Azərbaycan Kredit Bürosu" MMC yaradılıb.
[center][/center]Azərbaycan Banklar Assosiasiyasından verilən xəbərə görə, hazırda qurumun maddi-

texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır.

Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun baş direktoru Elçin Həbibov təyin edilib.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 643 473 506 478 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.