_official_

_official_ Məsləhətlər 19-02-2018, 13:59

Xoşbəxt olmaq üçün şokolad yeyin

Xoşbəxt olmaq üçün şokolad yeyin

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şokolad yemək insanı xoşbəxt edir. Buna səbəb isə şokolad qoxusunun xoşbəxtlik hormonu olan endorfini hərəkətə keçirməsidir.

Ağıza qoyulan bir şokolad parçası damağımızda yavaş yavaş əriyərkən, insana fərqli həzzlər hiss etdirir. Şokoladın faydalarını isə saymaqla bitmir. Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dərini və sümükləri bəsləyir.

İştah açıcı qəhvəyi görünüşə malik bu möcüzəni-şokoladı kim sevməz ki...

Şokoladın insan sağlamlığına bir çox faydası var :

Stresə birbaşa çarədir.

Şokoladın tərkibində böyük miqdarda mis var.. Mis, bədənin dəmir azlığını bərpa edir. Bu da dəriyə, damarlara və toxumalara faydalıdır.

Kaliforniya Universiteti mütəxəssisləri hər gün az miqdarda şokolad yeməyi məsləhət görür. Bu isə, qanda laxtalanmağın qarşısını almaqla yanaşı ani ürək böhranlarının yaranmasını aradan qaldırır.

Şokolad eyni zamanda enerji verir və qan şəkərini sürətli yüksəltmir.

Şokolad digər şirniyyatlara nisbətən diş sağlamlığı baxımından daha zərərsizdir. Çünki südlü şokolad tərkibində yüksək miqdarda zülal, kalsium və fosfatı birləşdirir. Bu maddələr də diş minasını qoruyur.

Yeyin yeyin, sonra gəlsin kalorilər 23 əsas xoşbəxtlikdi demi 08

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
804 893 813 649 773 726

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.