reklam
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 6-bu gün yenə yalan Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 6-bu gün yenə yalan http://take.az/uploads/posts/2018-03/1522505065_29087200_1443070715797236_7759405934064959488_n.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 31-03-2018, 22:39

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 6-bu gün yenə yalan

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 6-bu gün yenə yalan
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 6-bu gün yenə yalan


Səbinə: nə baş verir mənə hər şeyi danışın elə bu dəqiqə
Stefan və Daniel üçün gözlənilməz olmuş bu vəziyyət eyni zamanda da Səbinənin təccüblənməsinə səbəb olmuşdu . Stefan və Daniel nə edəcəyini bilmədiyi bir zamanda Səbinə də bütün eşitdiklərini analiz edərək aydınlaşdırmağa çalışırdı. Daniel vaxt itirmədən Səbinəyə hər şeyi izah etməyə başladı.
Daniel Stefan zəhmət olmasa buranı tərk et mən onla yalnız danışmalıyam. Stefan qəzəbli bir tərzdə otağı tərk edib aşağı düşür.
Daniel: Səbinə mən sənə hər şeyi izah edəcəm. O Səbinənin yanına gələrək üzünə toxunaraq sanki ona nəvazişt göstərərək gözlərində itərək sanki Səbinəyə təsir edir. Onu ovsunlayaraq bir neçə kəlimədə vurğulamışdı öz açıqlamasını. Mən sənin atan haqqında məlumat toplayıb sənə kömək etmək istəyirəm. Başqa bir niyyətim yoxdu. İnan mənə.
Səbinə Danielin gözlərinə baxdıqca sanki böyük bir qüvvə onu inanmağa vadar edirmiş kimi hiss edir amma ürəyində başqa bir hiss çox kiçicik də olsa inamamağı bu gözlərin toruna düşməməyi təklif edirdi. Səbinə bayaq eşitdikləri sözləri xatırladıqda içində bir sual doğmuşdu. Bəlkə də bu sualın cavabını doğru düzgün alsa hər şeyi öyrənəcək yalnız doğurdan da bu baş verəcəkdimi, Daniel risk edib həqiqəti ona söyləcəkdimi yoxsa o da gizli saxlayacaqdı hər şeyi. Bütün bunlar böyük bir sual işarəsi altında gizlənərkən Səbinə öyrənmək üçün cəhd göstərmişdi. Səmimi həm də bir az da yazıq baxışlarla Danielə baxıb onun əllərini tutub sormuşdu.
Səbinə: Daniel düzün de atam haqqında nə bilirsən atam kimi olmağım niyə sizi narahat edir. Mənim atam nə edib ki anam belə onun sağlığını gizlədib. Xahiş edirəm Daniel mən sənə güvənirəm. Həqiqəti söylə sadəcə həqiqəti bilmək istəyirəm daha qarmaşıq bir həyat istəmirəm. Mən də hər kəs kimi sakit həyat istəyirəm.
Daniel sanki bu baxışda bu xırıltılı zərif səs tonundakı qızın qəlbini qırmaq istəməsə də çıxılmaz bir vəziyyətdə qalmışdı. Həqiqəti söyləməlidimi həqiqətən yoxsa bu daha çox onu üzəcəkdi. Axı Səbinənin öyrəndiklərindən sonra ona necə rəftarına belə əmin ola bilməzdi. Düzdü Stefanla dalaşarkən biz birimizi sevirik Səbinə məni başa düşər demək çox asand idi. Bəs indi nə olmuşdu Səbinə öyrənsə doğurdanmı hər şey onun bu cümlələri kimi sadə olacaq.. Nə baş verəcəyini kim bilə bilərdi ki Danielin bayaqki əminliyi hara yoxa çıxmışdı bəs. Bu qızın ürəyini qırmağa ürəyi belə gəlməsə də həqiqəti də söyləyə bilmirdi. Bəzi sirlər bəlkə də heç zaman açılmasa qıfıl altda qalıb həmişə sirr kimi qalsa yaxşıdı. Amma indi tam zamanı idi bəlkə Daniel bütün qüvvəsini toplayıb həqiqətləri açmağa hazır idi. Artıq deyəcəkdi, amma hər zaman elə hadisələr baş verir ki bizi həqiqəti söyləməkdən çəkindirir. Və budur yenə elə bir hadisə və yenə elə bir hadisə....
Səbinə danielin gözlərinə baxaraq: hə Daniel susma dinləyirəm. Hər şeyi danış.
Daniel: əslində hər şeyi danışacam birinci ondan başlamaq istəyirəm ki bunu heç zaman mən seçməmişəm. Sənin duyğularını bilmirəm amma mən səni ilk gördüyüm andan həqiqətən sənə qarşı çox böyük hislər yarandı içimdə. Bunun nə olduğunu bilmirəm bəlkə irəlidə sevgi bəlkə başqa his olur bunu yaşayıb irəlidə görəcəyik amma indi isti çox isti sevgi dolu bir hisdi inan. Səni qorumaq hər zaman yanında olmaq ifadə edə bilmədiyim bor neçə hiss daha. Həqiqət o qədər qəddar bir silahdı ki məni çox qorxudur heç zaman qorxmayan Daniel indi bir qızı itirməkdən qorxur. Heç kəsə bağlanmayan biri indi sənə bağlanır amma mənim nə olduğumu bilsən yəqin ki məni anlayarsan deyilmi Səbinə. Uzatmadan deyəcəm mən bir qan....
Yersiz zəng və hər şey dəyişir. Səbinə telefonunu əlinə aldığı zaman eşitdikləri ilə telefonu əlindən düşür və göz yaşlarına boğulur, dizlərində boşluq hiss edir. Daniel onun bu vəziyyətini görüb təlaşlanlanır. Nə baş verdiyini öyrənməyə çalışsa da qarşısında duran qızın sakitcə yaşlar axıtmasına biganə qala bilmirdi. Onun göz yaşlarını silir nə olduğunu minlər cə dəfə soruşurdu.
Daniel: nə olub hə Səbinə nə eşitdin ki belə oldun hə de eşitmək istəyirəm. Səbinə cavab ver. Səbinə nə olub və ən sonunda isə Səbinəyə çox ağır zərbə ilə şillə vurub qışqırıb ayılacaqsan sən özünə gəl Səbinə. Özünə gəl.
Səbinə isə sanki ayılmış kimi qışqırıb çığırır olanları izah etməyə çalışır Danielə sığınıb ondan yardım istəyirdi.
Səbinə: Daniel o ölə bilməz deyilmi o ölmədi yalan deyillər mən ona ağır cümlələr işlətdim amma əsəbi idim. Daniel o ölməməlidi. Mən buna dözə bilmərəm. Nəfəsi təngiyir. Sanki göy üzü də onun bu halını duymuş, buludlar da fəryad edib göz yaşlarını axıdır. Torpaq isə sanki təmizlənməyə ehtiyac duyur, bir sözlə payız yağışı indi Səbinənin dərdlərini yuyub aparmaq üçün qonaq gəlmişdi.
Səbinə : Daniel xəstəxana 5 nömrəli. Xəstəxana tez ol gedək. Səbinə qırıq qırıq da olsa fikirlərini çatdırmışdı. Daniel yalnız xəstəxanaya getməli olduqlarını anlamışdı. Eynini geynib Səbinənin də halsız olduğunu görüb onun üçün də gödəkçə götürmüşdü. İndi ancaq xəstəxanaya getmək hər şeyi orda öyrənmək ən yaxşı vasitə idi. Başqa bir yol yox idi.
Bütün yol boyu dizlərini özünə qarşı qısan əsən nə bir kəlimə belə deməmişdi. Xəstaxana çatdıqda isə tez hər kəsə yeni xəstənin gəlib gəlmədiyini soruşur və o mühüm insanın yaşamını həyatını 9 ay ərzində onu bətnində daşımış anasını axtarırdı. Və nəhayət Daniel bir nəfərdən doğru düzgün anasının harda olduğunu öyrəndi. Qapının ağzına yaxınlaşdıqda anasının əməliyyatda olduğunu gördü həkimin çıxdığını görüb vəziyyətini öyrənmək istədikdə hər şeyə hazır olmağını və anasının qanın demək olar ki qalmadığını öyrənmişdi. Həkim ona yırtıcının hücym etdiyini və boğazında dişlək izlərinin olduğunun və hətta nəfəs borusunin ciddi zədələri aldığını çətinliklə nəfəs aldığını dedi. İstəsə son dəfə anasını görə biləcəyini artıq hər şeydən əlini üzməsini deməsi ilə Səbinənin huşunu itirib yerə sərilməsinə səbəb olmuşdu.
**********
Xəstəxana otağı
Səbinə- kimsə məni çağırır bu kişi səsi Danielin səsidi. Özümü çox yorqun his edirəm.
Daniel hə gözlərimi açdıqda görmək istədiyim insan bu danieldi. Amma olanlar anam ona nə oldu görəsən anam hardadı.
Səbinə çox narahat bir tərzdə soruşurdu. Öyrənmək istədiyi tək bir şey əlbəttə anasının vəziyyəti idi.
Səbinə : Daniel anam hardadı ayağa qalxıb getmək istəyir daniel isə onu dayandırmağa çalışsa da bir nəticə əldə etmir və əlbəttə cavablandırmalı olduğu suala cavab verirdi.
Daniel o yaxşıdı
Səbinə ağlayır yalan deyirsən sənə inanmlram məni aldadırsan onu gprmək iatəyirəm.
Daniel nə qədər saxlamağa çalışsa da danieli dinləməyən Səbinə axır ki istəyinə nail olur.. Və anasını şüşədən görür.
Səbinəbaxır ahlar çəkirdi. Amma heç nə anlamırdı olanlardan Danieldən öyrəndikdə isə çox xoşbəxt olub növbəti dəfə onu xilas edən ağ atlı şəhzadəyə bir daha minnətdar olmuşdu. Daniel isə bildiyi bir həqiqəti gizlətməyin indi zamanı gəlmədiyini anlayır dı. Çünki belə zamanda bunu öyrənmək Sbinəyə yaxşı təsur etməyəcəkdi.
Səbinə: axı necə həkim onla vidalaş dedi.
Daniel onun üzün iki əli ilə tutub canım sənin yanında həmişə mən varam dedim əməliyyata girdim və hər şeyi həll etdim. Sonraisə alnından öpüb qucaqlamışdı.
Səbinə isə telefonda eşitdiklərini fikirləşir bunların yalan olduğuna özünü inandərırdı.
-salam yenə mən və hələ də gəlinlik yoxdu sənə nə demişdim. Bax anan jalə hamısı bizim əlimizdədi. Ananına bir az əziyyət verək bəlkə yəqin ona zərər versəm incimərsən. Hə bax o güvəndiyin yanından ayrılmadığın sevgilinə də çox güvənmə o da bizlərdən biridi. Bax gör indi anan ölməyəcək bəlkə amma anana elə bir zədə vuracayıq ki sən ölümünü arzulayacaqsan......

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
427 448 481 475 416 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.