❤Quen❤

❤Quen❤ Hekayələr 24-04-2018, 18:50

Möcüzəli Talehim Bölüm 30

Möcüzəli Talehim Bölüm 30


Gülşən dünəndən bəri əlinə keçən əşyaları dağıdır, qışqır -bağır salaraq hirsini işçilərindən çıxarırdı. Kənanın Ayanı qaçıra bilmədiyini öyrənəndə beyninə cin vurmuşdu sanki..Toya mane olmaq istəsədə Taleh onun yenə bir dəlilik edəcəyindən qorxaraq otağa kilidləmişdi.Əvvəllər bir neçə dəfə intahar etməm istədiyindən otaqdakı bütün kəsici alətləri gizlətmişdilər..Səhər açıldığında onu azadlığa buraxsada Gülşən kin dolu baxışlarla onu süzərək maşına əyləşib yola düşmüşdü. Qəzəb onun hər hüceyrəsini ələ keçirmişdi sanki..Birbaşa Kənanın evinə gedərək qapının zəngini çalır, açılmadığını görüb təpik və yumruqlarla döyməyə davam edir..Kənan divanda halsız halda yatdığından səsləri eşitmirdi.Dünənki zərbələr əsnasında sağ qaşı və dodağı partlamış,gözü isə şişmiş vəziyyətdə idi.Sonda Gülşənin çığırtılarını eşidib asta addımlarla yönələrək qapını açır.Onun salam-kəlamsız içəri daxil olmasına heyrətlənsədə bir şey demədən arxasından gedir. Gülşən dəlilərtək masanın ətrafında dövr edərək dırnaqlarını dişiylə didirdi.Kənan ayaqda qala bilmədiyindən divanda əyləşib boş baxışlarla onun hərəkətlərini izləməyə davam edirdi."Nəsə olub?"desədə Gülşənin "biraz sonra öyrənəcəksən"deməyi onun susmasına nədən olmuşdu.Sonda Gülşənin durduq yerə masa üzərindəki vazonu yerə ataraq qırması Kənanın sinirlərini yerindən oynatmağı bacarır. Cəld ayağa qalxaraq onun qolundan yapışıb özünə tərəf çəkir.
Kənan "Leyla xanım, nə etdiyinizi sanırsınız? Səhərin gözü açılmamış basqın edər kimi evimə gəlirsiniz,buda bəs etmirmiş kimi dəli danalatək ortada dolaşıb sonda aləmi bir-birinə qatırsınız"
Gülşən qolunu ondan çəkərək hikkəylə cavab verir "Guya nə olduğunu bilmirsən?Hər şeyi məhv etdin, bacarıqsız"
Kənan"Hey, sözlərinizə diqqət edin. Mən neyləmişəm axı? İşlə bağlı nəyisə səhv etmişəm ?"
Gülşən"Off axmaq!Kaş ki,dərdim iş olaydï"
Kənan"Leyla xanım iləri gedirsiniz. Səbəbini açıqlamadığınız bir şey üzündən məni aşaģılamağa haqqınız yoxdu. Günahım nədi?Deyin bilim "
Gülşən "Günahın nədi ?Sənin günahın böyükdü! Bir toyun qarşını belə ala bilmədin. Fərsiz! "
Kənan"Nə toy?nə danışırsınız? "
Gülşən "İlahi dəli olacam!Hələ də anlamadïm deyir. Kütbeyin!"
Kənan"Bu artıq çox oldu. Dərhal evimi tərk edin"
Gülşən"Kimi hardan qovduğunu sanırsan? Səni bataqlıqdan çıxarıb yardım edən mənəm! Dünənki toya əngəl olmağın üçün yardım edəndə mən! Amma kaş özüm həll edəydim bu işi "
Kənan"Nə? Sən?Sən kimsən hə? Bunları niyə etmisən? Ayanı qaçırmağımın sənə nə faydası olacaqdı? ?"
Gülşən"Çək əlini! Hələ də ayaqda yatırsan. Mən Leyla deyiləm Gülşənəm! Anarla keçirdiyi qəzadan sonra öldü bilinən nişanlısı Gülşən! '
Kənan "Nə danışdığının fərqindəsən? Bu, bu ola bilməz "
Gülşən "Danışdıqlarım hamısï həqiqətdi, məni dinlə..Valideynlərin haqqında sənə zəng edən də, Ayanı qaçırmağını istəyəndə mən idim "
Kənan"Necə? o zəngi edən də sən idin? Valideynlərimlə Nə əlaqən var? Tez danış!Qatillərinin kim olduğunu hardan bilirsən hə? "
Gülşənin boğazından yapışaraq onu küncə dirəmişdi. Gözləri qan çanağına dönmüşdü. Hirsindən nə edəcəyini bilmirdi.Gülşən güclə əlindən qurtulub boğazını tutmuşdu.
Gülşən "Bunları sənə məni öldürməyin üçün danışmıram!İstəsəm heç nədən xəbərin olmazdı! "
Kənan "Az çərənlə!Bomba kimi düşdün həyatımın ortasına, hər şeyi məhv etdin! Ailəmin qatilinin kim olduğunu bilirsənsə susma!Yoxsa səni öz əllərimlə burdaca öldürərəm "
Gülşən"Orda dayan! Mənim bir telimə ziyan gəlsə adamlarım səni yerindəcə məhv edərlər!Səninlə düşmənçiliyim yoxdu, olsa burda gerçəkləri sənə deməzdim...Ailəni kimin məhv etdiyini öyrənəcəksən "
Kənan"A-amma, bütün bunları niyə edirsən? Mənə yaxşılıq etməyin sənə nə faydası var? "
Gülşən "Çünki sənin düşmənin mənim də düşmənimdi..O alçaq Heydər Məlikov sənin ailəni bitirdiyi kimi mənimkinidə məhv etdi..Onun üzündən hər şeyimi, bacımı itirdim "
Kənan"Heydər Məlikov? ?Anar Məlikovun atası? ?Bu doģrudur? Cavab ver!Elədirsə o şərəfsizi heç kim ala bilməz əlimdən "
Gülşən"Hey sakit dur!Hirslə qalxan zərərlə oturar. İstəsəm o adamı gözümü qırpmadan öldürərəm. Amma onda intiqam planlarım hədər gedər...Mənimlə birgə olub həm ailənin qatilini bitirib həm də sevdiyin qadını geri almaq istəmərsən? "
Kənan"O adamın həqiqətən ailəmi öldürdüyünə hardan əmin ola bilərəm? Birdə Ayan, onu sevdiyimi hardan bilirsən hə? "
Gülşən "Bunu sənə sübut edəcəm narahat olma..Unutdun deyəsən mənim hər yerdə əlim-qolum var..Nişan günü içkili halda zala daxil olduğunu xəbər alanda anladım. Və gördüyün kimi altıncï hissim məni yanıltamayıb...Bax Kənan birlik olsaq istədiklərimizi tezliklə əldə edə bilərik..Sənə yardım edəcəm söz verirəm..Bu evlilik yalandı ikimizdə bilirik.Anar məndən başqasını sevə bilməz adım kimi əminəm. O qızı bədbəxt etməsini istəmərəm, nəticədə oda insandï"
Kənan"Bəs başından bəri bu oyun nəyə lazım idi? Özünü başqa insan kimi tanıtmalar filan"
Gülşən "Səni yaxından tanımaq üçün..Sən tez özündən çıxan birisən Kənan...Ona görə də,bundan sonra geridə dayanacaqsan..Mənim sağ qolum olsan belə bunu Anargil bilməyəcəklər..Mənə güvən. Dediklərimə razısan? "
Kənan"Razıyam..Ailəmin intiqamını almaq Və Ayanı geri qazanmaq üçün razıyam "
Gülşən üzünə yerləşdirdiyu bic gülümsəməylə evi tərk edir.Artıq hər şey istədiyi kimi olacaqdı.Əsl oyun indi başlayırdı..

Ayan səhər tezdən oyanan kimi mətxəbə enərək nahar yeməyini hazır etmişdi.Süfrəni düzəltdikdən sonra masa arxasında əyləşib Anarın enməsini gözləyirdi. Evliliklərinin daha doğrusu yalançı evciliyin ilk günü olsada onlar yenə də işlərindən qalmayacaqdılar. Anar adəti üzrə ofisə Ayan isə universitetə gedəcəkdi..Ayan masa arxasında müəllimin verdiyi tapşırıqları həll edir bir tərəfdən də çayından qurtumlayırdı. Pilləkəndən eşitdiyi ayaq səsləri onun fikrini yayındırsada üzünə yerləşdiriyi məsum gülümsəməylə Anarı qarşılayır. Anar heyrətlə masaya baxır bir tərəfdən də başını qaşıyırdı.
Ayan"Sabahın xeyir, keç otur"
Anar"Hər vaxtın xeyir, balacam. Ou bu süfrə nədi belə"
Ayan"Xoşuna gəlmədi? "
Anar"Həmin moment qaşqabaq tökmə..Əksinə çox bəyəndim..Mənim həyat yoldaşım nə bacarıqlıymış belə "
Onun"həyat yoldaşım"sözü Ayanı utandırdığından üzü qıpqırmızı olmuşdu. Çünki bu evlilik gerçək deyildi, normal cütlüklər ayrı otaqlarda yatmazdIlar və iki yabancı kimi dolaşmazdılar..

Anar"Utanma..Görəndə elə biləcək yaman utancaq adamsan..Sanki ilk tanışlıqda mənə təpik endirən sən deyildin "
Ayan"Sən o təpiyə layiq idin,məni bərk əsəbləşdirmişdin"
Həmin hadisə ikisinində gözləri önündən gəlin keçmişdi film lenti kimi..Xəstəxananın koridorunda Anar onun intahar edəcəyini sanaraq qucaqlayıb yerə yıxmışdı...Sanki dünən baş vermişdi hər şey
Anar"Bəlkə o qarşılaşma olmasaydı biz indi səninlə burda, bir yerdə olmazdïq "
Ayan"Bəlkə də..Atam indi həyatda olmazdı..Ancaq evli olmazdım ən azından"
Anar onun məcburi evliliyi işarə etdiyini bilsədə cavab verməmişdi. Çünki özünü hələ də günahkar hesab edirdi.
Anar"Qalxaq? Səni universitete qoyub ordan ofisə keçərəm "
Ayan"olar"
Maşına minərkən Anarın hər dəfəsində"Kəmərini tax"deyə onu uyarması Ayanı qıcıq etsədə bir tərəfdən də xoşuna gəlirdi. Çünki onu qoruduğunu, dəyər verdiyini hiss edirdi..
Universitə gəldiklərində Anar maşının digər tərəfin qapısını açıb Ayanın düşməsinə yardım edir. Ətrafdakı insanların baxışlarını üzərində hiss edərək yalandan gülümsəyib onu özünə tərəf çəkərək yanağına öpüş qondurur. Ayan tərs baxışlarla ona baxsada sonda tək olmadıqlarının fərqinə varıb üz mimikasını dəyişir
Anar"Axşam səni götürməyə gələcəm həyatım "
Ayan"Yox, əziyyət çəkmə, metroyla gələrəm sevgilim "
Anar"Yox, maşın ola-ola o nə sözdü"
Ayan Anarın qulağına əyilərək "Bezdim bu yalançı sevgi etiraflarından "deyə pıçıldasada Anar damarına basmaq üçün"axşam görüşərik birdənəm "deyərək məmnuniyyət hissiylə maşınına minərək ordan uzaqlaşır. Ayan dilinin altında"pis qıcıq "deyə deyinsədə əslində xoşuna gəlirdi onun nəvaziş dolu sözləri.. Fakültəyə daxil olan kimi hər kəsin onu baxaraq bir şeylər danışdığını hiss etsədə görməzlikdən gəlirdi. Sanki onu ilk dəfə görürmüş kimi qəribə baxışlarla süzürdülər.Tənəffüs vaxtı Sevdayla birlikdə bufetə endiklərinlərində qızların onu dövrəyə alaraq sorğu-sual etməsi bütün əsəblərini tarıma çəkmişdi.
"Ay qız, fərəsətli çıxdın ha, Anar Məlikovla evlənmək hər kəsə nəsib olmur"

"Məncədə. Həm də belə pis çıxmasın, ilk gündən nəyə gəlirsən universitetə?Dərslər qaçır? Gül kimi yoldaşın var, onunla vaxt keçirdə"

Sonda Ayan dayana bilməyib hirslə dinllənmişdi "Qızlar işiniz-gücünüz yoxdu? Nə vaxta qədər insanların şəxsi məsələlərinə müdaxilə edəcəksiniz? "

"Buna bax e,biz bunun yaxşılığını fikirləşib deyirik bizə sifət edir"

Ayan"Lazım deyil ,düşünməyin. Birdə belə mənasız suallarlada qarşıma çıxmayın "

Sevda onun sakitləşdirmək üçün qolundan tutaraq yan masalardan birinə əyləşdirir. Qızlara tərs baxış ataraq getmələrini işarət edir.
Sevda"Ayan biraz sakitləş, boş-boş danışırlarda"
Ayan"Sevda, dərsə gəldiyimdən bəri gözləri üstümdədi, arxa partada haqqımda danışdıqlarını eşitsəmdə göz yumdum..Amma qarşıma çıxıb həyatıma müdaxilə etmələri sinirlərimi yerindən oynatdı "
Sevda"Özün bilirsən ki,Anar məşhur iş adamıdı. Hər qızın xəyalında canlandırdığı oğlan tipidi..Səni qısqandıqlarından elə deyirlər. Fikir vermə"
Ayan"Anarın necə öküz biri olduğunu bilsələr belə danışmazlar amma "
Sevda"Aaxaxaxa. Dəli qız. Öyrəşəcəksən zamanla"
Ayan"Bu işgəncə hara qədər davam edəcək bilmirəm "

1 həftə sonra..

Bu 1 həftə müddətində ara xeyli sakitləşmişdi. Anarla Ayan eyni evdə iki yabancı kimi yaşayırdılar. Bir-birilərini axşamdan-axşama gördüklərindən düz-əməlli söhbət belə edə bilmirdilər.Anar onun yorulduğunu düşünüb xadimə tutmaq istəsədə Ayan razılaşmamışdı.Ancaq şənbə və bazar günləri boş olduqlarından onu ailəsinin yanına aparmağı planlaşdırırdı..Masa arxasında əyləşib sakitcə yemək yeyirdilər ki,Anarın telefonuna gələn zəng hər ikisinin diqqətini çəkmişdi.
Ayan"Kimdi? "
Anar"Bilmirəm, tanımadığım nömrədi "
Ayan"Şəxsidirsə mətbəxə keçə bilərəm "
Anar"İlahi ,Ayan. Nə şəxsisi?dayan görüm..Alo"
Gülşən "Salam, Anar Məlikovla görüşürəm? "
Anar"Bəli, siz kimsiniz? "
Gülşən "Keçən gün iş ortaqlığıyla bağlı sizə xəbər göndərmişdim..Mənəm Leyla.Fikrinizi dəqiqləşdirdinin? "
Anar"Əlbəttə Leyla xanım, sizin firmanızla işləmək bizim üçün xoş olar"
Gülşən "Əla. Onda sabah axşam sizinlə axşam yeməyində bunları danışarıq"
Anar"Yaxşı. Sabah saat 7-də restoranda görüşərik"
Gülşən mənnunluqla telefonu masanın üstünə ataraq divana söykənir. Deyəsən planı indidən işləməyə başlamışdı..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
789 770 774 735 742 702

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.