❤Quen❤

❤Quen❤ Hekayələr 20-05-2018, 18:37

Möcüzəli Talehim Bölüm 34

Möcüzəli Talehim Bölüm 34


Sevda səssizcə gözyaşı axıdaraq bəxtsiz taleyinə acıyırdı..Səlim onu öz evinə gətirərək ilkin tibbi yardım göstərib yaralarını sarmışdı..Pambığa yod damızdırıb yaralarını sildikcə sanki öz canı yanırmış kimi üfürür, üz-gözünü turşdurdu..Sevda indi anlamışdı Səlimin gözündəki dəyəri, ona olan hisslərini.İçindən özünə lənət oxuyur, "kaşki ölsəydim "deyə keçirirdi..Araya çökən geniş sükutu sonda Səlimin qayğılı səsi pozur, "Ağrın var hələ də? "
Sevda"Məni düşünmə Səlim, ölsəm yenə azdı mənə "
Səlim"Sevda belə danışma..Etdiyin bir səhv ucbatından ölməyə məhkum edə bilməzdim səni "
Sevda hıcqırıqlarını səbəst buraxaraq hönkürməyə başlayır, Səlim cəld onun üzünü qavrayaraq göz yaşlarını barmaqlarıyla təkər-təkər silir.
Səlim"Ağlama..Düşünmə olanları.."
Sevda"Necə düşünməyim Səlim? Rəzil-rüsvay oldum..Atam ölsədə qəbul etməz məni bundan sonra "
Səlim"Allah vurub elə atanı! Özümü çatdırmasam kim bilir nə hala salacaqdı səni..Yaxşı ki,uşağa bir zərər verə bilmədi "
Sevda çaşqın halda üzünə baxaraq afallamışdı..Səlim həm onun həm də doğulmamış körpəsinin qeydinə qalırdı. Bayaqdan utancından uşaqla bağlı danışmasada Səlimin atasının kimliyiylə maraqlancağından qorxurdu..Səlim bunu anlamış tərzdə yenidən sözünə davam edir"Bax, özünü heç nəyə məcbur hiss etmə.O sənin övladındı, nə olur-olsun"
Sevda titrək səslə"A-abo-rt etdirmək ist-tədim am-ma həyatım təhlükə altında olduğundan cəsarət edə bilmədim "
Səlim təşvişlə ayağa qalxıb qorxu və həyəcan dolu gözlərini Sevdaya zillləyir, "İlahi!Sevda nə etdiyini sanırdın? insanda öz körpəsinə qıyar? "
Sevda"Bəs nə etməliydim,hə?Atasız körpə gətirməliydim dûnyaya? Onsuz onun heç nədən xəbəri yoxdu "
Onun dediyi son sözlər Səlimin beynini qarışdırır, "necə yəni "xəbəri yoxdu? "
Səlim"Sevda, bax mənə hesab vermək məcburiyyətində deyilsən,səhərdən özünü narahat hissetməməyin üçün heç nə soruşmurdum amma..Bax, mənə düzünü de..Sənə hansısa əclaf zorla toxunub? "
Sevda"Yo-yox, Səlim. Hər şey məni ağılsızlığım ucbatınan gəldi başıma..Ayangilin nişan gecəsino xatırlayırsan?Tam 2 ay bundan əvvəl"
Bir anda hər şey Səlimin gözləri önündən film lenti kimi gələrək keçir..İndi anlayırdı Kənanı otelə qoyduqdan sonra Sevdanın o vəziyyətdə olma səbəbini..Nədən hər kəsə qarşı münasibətinin birdən-birə dəyişdiyini..Kresloya çökərək əliylə saçlarını dartışdırmağa başlayır.
Sevda"O-nun heç nədən xəbəri yoxdu, xatırlamır belə..Hər şeyin mənim axmaqlığım ucbatındandı..O, Ayanı sevir, həmin gecədə gözünə Ayan olaraq görünürdüm,özümü saxlaya bilmədim..Bir dəfə də olsun mənə sevgiylə toxunmağını istədim..Özümə bəraət qazandırmıram lakin.."
Səlim"Sevda, sözümün üstündə dayanıram, həm Sənə həm uşağa sahib çıxmağa hazıram..Kənan ömrünün sonuna qədər heç nə bilməyəcək söz verirəm "
Səlimin ürəyigenişliyi artıq Sevdanın nitqini qurutmuşdu..Yox, bunu ona edə bilməzdi..Özünü Səlimə layiq bilmirdi..
Sevda"Yox Səlim,bu mümkün deyil..Sənin təmizliyini öz kirimlə
korlamaq istəmirəm..Sən çox yaxşı birisən, mən sənə layiq deyiləm "
Səlim"Belə düşünmə, xahiş edirəm..Bax, sənə olan hisslərim var, bunu gizlətmirəm..Amma uşağı qəbul etməyimin səbəbi bu deyil..Mən özümdə atasız böyümüşəm,anam mənə tək baxıb.Onuda itirdikdən sonra həyatımda heç kimim qalmadı..Sevda, imkan ver sənə yardım edim, günahsız körpəni həyatının sonuna qədər cəzalandırma "
Sevda"Səlim; başa düşmürsən..Axı "
Səlim onun sözünü yarıda kəsir"Uşağı hamı məndən biləcək..Anargilin belə xəbəri olmayacaq bu məsələdən.Onların evliliyi kimi anlaşmalı olacaq bizimkidə "
Sevda"Sənin bu etdiyin yaxşılıqları necə ödəyəcəm hə? "
Səlim"Ştt, ağlama. Hər şey dûzələcək söz verirəm "

Ayan başını Anarın dizləri üstünə qoyaraq dərin xəyallara dalmışdı. Anar onun saçlarını sığallayaraq qoxusunu içinə çəkirdi.Sonunda eşqlərini bir-birilərinə etiraf etmişdilər, bundan gözəl nə ola bilərdi ki?Qəfil Ayanın yerindən sıçraması Anarın diksinməsinə səbəb olur.
Ayan"Anar, çox vacib bir şeyi unutduq "
Anar"Nəyi gözəlim? "
Ayan"Bu gün evliliyimizin 1 ayı tamam olur"
Anar onun belə təlaşla danışmasına gülmək istəsə də özünü güclə tutur"Mələyim, unutmuşam lap...Amma il dönümü falan deyil ki,boşver getsin "
Ayan"Necə yəni boşver? Bilsəydim ən azından kiçik bir tort alardım, öz aramızda qeyd edərdik "
Onun dodaqlarını büzərək danışması Anarı özündən alırdı, o dodaqlara yapışmamaq üçün özünü zorla tuturdu.Qəfil qarşısında dayanan kiçik bədənli qadını belindən tutaraq özünə çəkib onunla göz-gözə dayanır.İsti nəfəsini üzünə verərək pıçıldayır "Səninlə keçirdiyim hər an mənim üçün dünyalara dəyər sevgilim..Sən burda, yanımda olduqdan sonra yansın dünya, vecimə deyil "
Ayan qolları arasında yox olmuşdu sanki,sərçətək qəlbi yerindən çıxacaqmış hiddətlə döyünürdü..Anarın sevgi dolu sözləri ayaqlarını yerdən kəsirdi..
Ayan"Əv-vəl sənə nifrət edirdim"
Onun ağzından çıxan sözlər Anarın qaşqabağını tökməsinə nədən olur, qollarını bir qədər boşaldır.
Anar"Ayan bunları düşünmə yanımda yeridi sevgilim? Axı hər şeyi geridə qoymuşduq "
Ayan"Şş, sözümü kəsmə..8 ay ərzində az şey yaşamadıq.Sənin yanında keçirdiyim hər an mənim üçün işgəncə kimiydi..Ancaq ağlıma gəlməzdi ki,sənə olan nifrətim yerini güclü məhəbbətlə əvəz edəcək..Səni sevirəm Anar, sənə olan sevgim günü-gündən güclənir"
Anar eşitdiyi sözlər qarşısında özünə hakim ola bilməyib onun dodaqlarına yapışır, Ayan tərəddüt etmədən qarşılıq verir..Az sonra kiçik öpüşlər daha da Ehtiraslanır, Anar başını Ayanın boynuna yumub öpüb dişləməyə başlayır.Artıq Ayan onun qadını olmağa hazır idi, ancaq çalan telefon səsi hər ikisinin işini yarım qoyur. Ancaq Anar buna fikir vermədən işini zövqlə davam edərək Ayanın düymələrini açıb sinəsinə yumulur.Ayan telefonun susmadığını görüb onu güclə üstündən ataraq ayağa qalxır. Anarın əsəb və çaşqınla dolu baxışlarına məhəl qoymadan üst-başını düzədərək termonun üstündəki telefonu ona doğru uzadır. Anar oyuncağı əlindən alınan uşaqlar kimi mızıldayaraq telefonu cavablandırır.
Anar"Eşidirəm Səlim; hər zamanki kimi yenə tam vaxtında zəng etdin "
Səlim"Vacib işin varsa sonra da danışa bilərik"
Anar"Yox, davam elə dostum.Zarafat edirdim"
Səlim"1 saat sonra Ayanıda götürüb bizə gələ bilərsən? "
Anar"Ayanı? yaxşı, gələrik. "
Ayan"Nə dedi Səlim, məni neyləyir? "
Anar"Bilmirəm ki,gedəndə görərik artıq"
1 saat sonra..
Səlim Anargili qarşılayıb içəri dəvət edir.Sevda yuxarıda Səlimin onun üçün ayırdığı otaqda uzanıb ruh kimi tavana baxırdı.Səlim onlara Sevdayla bir-birilərini sevdiklərini və səhvən bir gecə keçirdiklərini bildirir. Ayangil onu ağzı-açıq tərzdə dinləyirlər.
Ayan"İnana bilmirəm; bir-birinizi sevdiyinizdən xəbərim yox idi"
Səlim"Qəfil oldu hər şey..Bu həftə ərzində evlənəcəyik "
Ayan"indi başa düşürəm Sevdanın niyə elə davrandığını..Onun kimi ağıllı qız necə belə bir səhv edə bildi..Atası çox qəzəbli kişidi, yaxşı ki, vaxtında gedib çıxmısan.."
Səlim"Yuxarıdadı hazırda, istəyirsənsə yanına gedə bilərsən "
Ayan"Əlbəttə, ona dəstək olmalıyam"
Ayan yanlarından ayrıldıqdan sonra Anar axır ki,dillənir.Dostunu yaxşı tanıyırdı, Sevdanın ona üz vermədiyini, aralarında heç nə yaşanmadığına adı kimi əmin idi.
Anar"Bayaqdan Ayanın yanında özümü zorla tutdum.Sizin aranızda heç nə yaşanmayıb bilirəm"
Səlim"Anar; yavaş danış eşidərlər"
Anar"Bax Səlim, düz eləmisən. Mən də yerində olsam eyni şeyi edərdim,günahsız bir qızı xilas edib ona sahib çıxardım..Ancaq uşağın əsl atası haqqında bilgin var? Sabah gerçəklər ortaya çıxsa ona nə cavab verəcəksiniz? "
Səlim"Haqlısan, amma Mən yaşadığım müddətcə heç kim heç nə öyrənməyəcək...Atası Kənandı "
Anar"Kənan? Axı o axmaq Ayana aşiq idi, Sevdayla necə əlaqəyə girib? "
Səlim"Anar sakitləş..Sizin nişan gecənizdə onu otelə aparmışdıq,içkili vəziyyətdə Sevdayla cinsi əlaqədə olublar"
Anar"Şərəfsiz! Sevdaya hirslənədə bilmirəm yazıq qız boynubükük qalıb "

Ayan qapını yavaşca aralayıb içəri daxil olur.Sevda başını çevirib onu gördükdə yenidən gözləri dolur. Ayan yavaşca yaxınlaşıb onu qucaqlayır.Sevda hönkûrsədə onu sakitləşdirir.
Ayan"Ağlama əzizim, keçdi hamısı..Bax mənə, hər şey yaxşı olacaq "
Sevda"Çox utanıram"
Ayan"Utanma, bir səhvə yol verdin amma bax sevdiyin adam yanındadı, sizə sahib çıxacaq "
Sevda"Sevdiyim adam? "
Ayan"Sevda gərək hər şeyi mənə başdan danışaydın, Səlimlə bir-birinizi sevdiyinizi bilmirdim. "
Sevda"H-hə.."
Ayan"İndi Yat dincəl, bunları düşünmə..Biz hər zaman yanındayıq unutma"

1 həftə sonra..
Sevdagil öz aralarında kiçik bir nigahla evlənmişdilər.Anar və Ayan onların nigah şahidi olmuşdular. Rüstəmgil və Heydərgil böyük olaraq onlara dəstək çıxırlar, balaca bir kafedə öz aralarında qeyd edib onlara xeyir dua verirlər. Sevda gəlinlik geyməkdən imtina edərək ağ dizüstündən olan don geyinməklə kifayətlənmişdi.Nigahdan sonra Sevdagili evlərinə yola salıb dağılışırlar. Anar ofisə qayıtdığından Ayanı taksiyə mindirərək evə yollayır. Ayanın yol boyu susmayan telefonu onu sinir edirdi, nömrə tanış olmadığından açmaq istəmirdi Ancaq sonunda məcbur olaraq açır, "Alo"
Kənan"Ayan"
Ayan"Nə üzlə zəng edirsən mənə hə? "
Kənan"Ayan söndürmə xahiş edirəm, sənə Vida etmək üçün zəng edirəm"
Ayan"Nə vida? Buda yeni oyunundu ?"
Kənan"Oyun zad yoxdu..Gedirəm buralardan,birdəfəlik..Dostluğumuzun xatirinə, gəl son dəfə görüm səni "
Onun"Dostluğumuzun xatirinə"sözü Ayanın qəlbinin simlərini yerindən oynadır sanki.."Yaxşı"deyərək taksidən enib parka doğru yönəlir. Anar eşitsə qəzəblənəcəkdi bilirdi ancaq inadı inad idi..Parka gəldikə oturacaqda oturan Kənanı görüb iti addımlarla ona yaxınlaşır. Kənan cəld şəkildə ayağa qalxıb onunla üz-üzə dayanır.
Ayan"Gəlməyəcəkdim amma köhnə dostluğun xatirinə gəldim. Nə deyəcəksənsə tez de"
Kənan diqqətlə ətrafa nəzər salıb qəfil Ayanın dodaqlarına yapışıb öpməyə başlayır. Ayan olayın şokundan cəld özünə gəlib geri çəkilir və ona sərt bir şillə çəkir. Hirsindən nəfəs alış-verişləri tezlənir gözlərindən od çıxırdı sanki.
Ayan"Əclaf!Sənə yenidən güvənməklə səhv etmişəm!Mən sənə"qardaşım"deyirdim!Sən alçaqsan!Buraya gəlməklə səhv etdim, birdə qətiyyən qarşıma çıxma yoxsa səni öldürərəm"
Cəld şəkildə geriyə çevrilərək yolun kənarındakı taksiyə minib ordan uzaqlaşır.Hirsindən axıtdığı gözyaşları yanaqlarını yandırırdı..Belə bir ağılsızlığı necə etmişdi ağlı kəsmirdi..

Gülşən kreslosuna söykənib viskisini içəri. İçəri keçən şəxslə sanki gözlərinə işıq gəlmiş tərzdə ayağa qalxır.
Gülşən "Yaxşı çəkə bildin? "
Taleh"Əlbəttə, mənim obyektimdən bir şey qaçmaz"
Gülşən zərfi əlinə alaraq şəkilləri bir-bir incələyir. "Vay, vay.Bizim Kənan bəy pişik olalı bir siçan tuta bildi sonunda.Bu zərfi tez Anarın otağına qoyursan, masanın üstünə"
Taleh"Baş üstə"
Gülşən "İndi görsün gününü o balaca şeytan!Anar gözünün yaşına baxmaz qapının dalına qoyar onu"

Anar şirkətə daxil olub liftə minir. Güzgüdəki əksinə son dəfə baxaraq 9-cu mərtəbdə enib otağına tərəf irəliləyir. Katibəsi Şəfəqlə salamlaşdıqdan sonra içəri keçib masasına əyləşir. Kompüterin önünə qoyulan zərf diqqətini çəkdiyindən əl atıb açmağa başlayır. İçindən çıxan şəkilləri gördükdə gözləri qan çanağına dönür, yumruğunu masaya keçirib cəld ayağa qalxır..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
958 917 912 854 918 925

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.