Bir qutu şokolad (Hekayəm)
Bu gün sənin üçün çox darıxdım.. Elə darıxdım ki, artıq heçnəyə fikir vermirəm. Kim nə deyər deyə düşünmürəm artıq. Birlikdə gəzdiyimiz küçələri dolaşıram. Yadında sevdiyim həmişə oturub bol bol söhbət etdiyimiz park? və bəli həmişə oturduğumuz skamya. hələ bir dəfəsində baş hərflərimizi yazmışdıq o skamyaya :) .. ilk dəfədi bura
sənsiz gəlirəm. və o skamyada oturmuyacam.
yanındakı skamyada oturdum.



Sadəcə o skamyaya baxıram.. gözümün önündə xatirələr canlanır.. qəhvəyi gözlərinlə gözümün içinə baxışın, gülüşün, "səni çooox sevirəm ömrüm" deyişin. hamısı ağlımdadı. artıq
3 ay
idi ayrıldığımız. hələ də özümə gələ bilməmişəm. bilirsən? özümü evə həbs etmişdim. yox ev deyil otağa həbs etmişdim.
gündüz vaxtı belə pərdəni çəkib otaqda qaranlıq yaradırdım. sırf xəyalın gözümün önündə canlansın deyə.. ordan heç getməsin deyə.
sən getmiş olsanda xəyalın getməsin deyə. anam hər gün gəlirdi otağıma. yemək, çay gətirirdi. ki bəlkə birşey yeyərəm. ama boğazımdan keçmirdi. və bu 3 ayı heçnədən xəbərsiz keçirmişdim.



Yavaş yavaş özümə gəlməyə başlamışam. bax parkdayam. həmin park...
ilk dəfə yağışda birlikdə islandığımız park. ilk dəfə "səni sevirəm" dediyin park.. ilk dəfə əlimi tutduğun və "səni heç vaxt buraxmaram" dediyin park..
xəyaldan gerçəyə dönəndə bizim skamyamızda bir cütlük oturmuşdu. onları seyr edirdim. bir birlərini çox sevirdilər. bizim kimi... sonları bizim kimi olmasın.. oğlan birdən ayağa durdu. qızsa utanırdı. oğlan qıza "səni çox sevirəm ömrüm" dedi.. qızın ürəyində kəpənəklər uçurdu sevincdən. hə eyni bunu səndə mənimçün etmişdin.



Artıq dözə bilmirdim. hərşey üstümə üstümə gəlirdi parkda..
göz yaşlarımı gizlədərək ordan qaçırdım. 




Qarşıdan biri gəlirmiş.. toqquşduq.



Əlində olan hədiyyə qutusu yerə düşdü və içindəkilər yerə töküldü. əyilib yerdəkiləri yığanda fərqinə vardım.. bunlar
mənim ən sevdiyim şokoladlar
idi. qutu ürək formasında idi və qutunun üstündə not var idi. kağıza "Günaya; Səni Çox Sevirəm Ömrüm. Məni Bağışla" yazılmışdı.



Artıq hiss eləmişdim o olduğunu. ağladığımı hiss etməsin və məni tanımasın deyə onun üzünə baxmadım. yığdıqlarımı ona uzatdım. getmək isdiyirdim
əlimnən tutdu.
saxladı məni. gördüm onu. o idi.. sadəcə qaçmaq istədim amma əlimdən tutmuşdu. tanımıyıbmış kimi "Allah xoşbəxt eləsin. icazə verin gedim" dedim. artıq beynimdə min cür səhnə qurulmuşdu.
Bakıda qız yox idiki sırf gedib adaşımı tapmışdı? mənə dediyi o sözü ona demək məcburiyyətində idi? Allah bilir qıza neyniyibki bağışlanmaq istəyir. 




Əli ilə saçlarımı sığalladı.
üzümə toxundu. başımı yuxarı qaldırdı və "Sən ağlamısan?" deyə soruşdu. cavab verə bilmədim. dilim tutulmuşdu. dilim danışa bilməsədə gözlərim danışa bilirdi. bir damcı gözyaşı sualın cavabını vermişdi.



Əli ilə gözyaşlarımı sildi və dedi: "bundan sonra ağlamaq yoxdu. mən varam artıq" dedi. "Niyə axı? nə etdim mən sənə? Niyə səbəbsiz buraxdın? Söz vermişdin heçvaxt buraxmayacaqdın axı noldu??" deyib isyan edərcəsinə dedim. bütün yaşadıqlarımın acısını ondan çıxarmaq isdiyəndə
tutdu elə bir qucaqladı ki
yarım qalan ürəyim bütöv oldu sanki.



Sakitləşənnən sonra "hərşeyi danışacam sənə. sadəcə sakitləş və məni dinlə" dedi. əlimnən tutub məni apardı. həmin o skamyada oturduq. danışmağa başladı. Anası xəstə imiş. ona söz verdiribki onun istədiyi qızla evlənəcək. məcbur olub söz vermişdi. anası əməliyyata girib. sağaldıqdan sonra qızın şəklini göstərəcəkmiş ona. bu 3 ay ərzində anası əməliyyat olunub. artıq sağalıb. dünən axşam oğluna məsləhət bildiyi qızın şəklin göstərirmiş. sevdiyim baxmaq istəmiyib. amma anası məcbur edincə qıra bilmiyib. şəkli alıb əlinə. və qarşısında mənim şəklimmiş. anasını möhkəm qucaqlıyıb. və ilk işi bugün mənlə barışmaq olub. sonra mənə dediki: Günayım, bağışla məni. Barışaq artıq dözə bilmirəm ayrılığa. Nolar mənə qarşı soyuq olma. Xahiş eliyirəm biraz anla məni. biraz güvən. Mənsə cavabımda:
Səni çox sevirəm ömrüümmm
- deyib,
qucaqladım onu. 




O isə dediki: al bunu. apar şokoladların arasında bir not var onu tap. əsas not`u. evə yola saldı məni. evə gələndə həmin əsas not`u axtardım. Kağızda belə yazılmışdı:
Hazır ol ömrüm 1 həftədən sonra elçi gəlirik ❤ ... 




P.s: Bu hekayəmdə vermək istədiyim mesaj: Allahdan ümid kəsilməz. və Çalışın sevdiklərinizə güvənin. Onlara səbəbləri açıqlayın hələ üstəlik bu sevgilinizdirsə. Əmin olun onun sevgisi sizə tamdısa, həqiqətəndisə, heç bir vəziyyətdə sizi yalnız buraxmaz.
Mən
eLish
sizLər üçün Loading.az Far.az Albom.az






