Boreç

Boreç Hekayələr 24-05-2024, 23:00

Mənim hekayəm

Mənim hekayəm
Salam. Mən öz həyatım haqda yazmaq istəyirəm. Bəlkə də sizə maraqlı deyil ama yenədə yazacam😊 mən bu sayta ilk 2013 də girmişəm. Həmən vaxt olan adlar burada indi yoxdur. Sayt yenilənib keçmişdən heç kəs qalmayıb. Ama məni bu sayta dəvət edən özü də nə vaxtsa girib baxacaq bura bundan əminəm. Ona görə də istərdim həmən kəslə yaşadıqlarımızı bura da qeyd edim.
Bir vaxtlar yəni 2013 də 9-da oxuyurdum. Hansısa bir rayonun hansısa bir kəndində. Bir qız vardı 8-də oxuyurdu ondan çox xoşum gəlirdi. Çox tərbiyəli, ağıllı və gözəl qız idi. Məktəblər təzə açılmışdı, hər gün onu seyr edirdim. Danışıb gülürdük onunla çox səmimi olmağa çalışırdım. Hər tənəffüsdə o olduğu yerə getməkçün bəhanə axtarırdım. Günlər belə davam edirdi. Bir gün evə gəldim, oturub düşündüm. Öz-özümə sual verdim ki, mən nə edirəm? Onu sevirəm ya bu nədir? Bu haqda düşünərkən, əlimdəki balaca daşın, bir tərəfinə öz adımın baş hərfini, digər tərəfinə isə, onun adının baş hərfini mismarla cızmışdım. Və onu həqiqətən sevdiyimdən əmin olmuşdum. İndi gəldik əsas məsələyə bunu ona deməli idim, ama hər bir oğlan kimi məndə yox cavabından qorxurdum. Bir neçə gün məktəbdə uşaqlara əlimdə ki daşın, öz adım olan tərəfini göstərirdim. Hər kəs maraqlanırdı, digər tərəfdə nə yazıldığını bilmək istəyirdi. Sonra sinifimizdən bir qız da eyni mənim etdiyim kimi, əlində bir ürək göstərmişdi qızlara. Öz adını yazmışdı, digər tərəfdə isə sevdiyi oğlanın adı olduğunu demişdi. Bunu oğlanlardan sadəcə mənə göstərdilər. Nə qədər istədim vermədilər digər tərəfinə baxmağa. Nəysə bir neçə gün belə davam etdi. Ona göstərmək istəyirdim daşın digər tərəfini, ama bilmirdim necə. Bir gün uşaqlar məktəbə az gəlmişdi, onların sinifindən. Ədəbiyyat dərsi idi, müəllim onların sinifi ilə bizim sinifi birləşdirdi, bir yerdə dərs dedi. Kənd yerində belə şeylər olur😊 Nəysə o, kitabını gətirmək üçün siniflərinə getdi. Məndə fürsət bu fürsətdir deyib guya telefonuma zəng gəlir bəhanəsi ilə çıxdım onun arxasıyca. Kolidorda üzbə-üz gəldik və bir saniyyənin içində daşı ona verdim. Dedim bax ama heç kəsə demə. Verib uzaqlaşdım. Geriyə çevrilib baxanda gördüm ki, sinifin qapısının qarşısında daşa baxıb güldü və içəri girdi. Məni qəribə bir həyəcan bürüdü. O ana nə hiss etdiyimi necə anladacağımı bilmirəm. Sanki qəlbim çıxırdı yerindən heç kəsi eşidə görə bilmirdim. Sinifə necə girəcəyimi düşünürdüm. Bütün cəsarətimi toplayıb sinifə girdim. Onun oturduğu tərəfə baxa bilmirdim. Çox həyəcanlı olduğum açıq aşkar bəlli idi. Sinifdə ki qızlar mənə baxıb nəsə danışıb gülürdülər öz aralarında. Dərs bitdi, hər kəs evə yollandı. Həmən gecəni yata bilmədim. Ancaq cavabının nə olacağını düşünürdüm. İki üç gün keçdi, ama hələ də cavab verməmişdi. Sinifdə ki qızların birinə dedim ki; -ona de ki, verdiyim əmanəti qaytarsın. Sonuncu dərs idi kalidorda rastlaşdıq ovcuda sıxdığı daşı mənə verib heçnə demədən əsəbi halda getdi. Çox pis olmuşdum. Həm günü həftənin son dərs günü idi onu bir daha görmək üçün 6-cı və bazar gününü gözləməli idim. Qəmgin halda gəldim evə. O iki gün mənimçün çoox ağır keçdi. Birinci günü səhər tezdən məktəbə yollandım. Onu görmək üçün tələsirdim. Bütün gün boyu demək olar ki hər fürsət olduqda bir yerdə olurduq. Sanki o da mənə nəsə demək istəyirdi. Nəhayət dərs bitdi və evə yollandıq. Bizim yollarımız ayrı idi. Məktəbdən çıxanda o bir tərəfə, mənsə digər tərəfə gedirdim. Bu günsə bir sürpriz oldu. O evlərinə deyil qohumlarına gedəcəyini söylədi və mənim getdiyim tərəflə gəldi. Yolda söhbətimiz başladı. Mənim sinif yoldaşımın əlində ki ürək onun əlində idi. Ondan o ürəyi istədim. Dedim ver baxım qaytaracam və and olsun heç kəsə deməyəcəm. Dedi bir şərtim var. Sənə bir sual verəcəm. Əgər düzünü desən bu ürəyi verəcəm sənə. Razılaşdım və sualı heç gözləmədiyim yerdən verdi. Heç çəkinmədən, həyəcanlanmadan dedi ki; -niyə aldın məndən o daşı. Nə deyəcəyimi bilmədim. Biraz həyəcan və hazırlıqsız olmağım daha da çətin vəziyyətə saldı məni. Nəysə özümü tez toparlayıb cavab verdim. Dedim: -O daş mənim bütün sirlərimi bilir. Hər bir sözümü ona danışmışam. O daşa baxan kimi sevdiyimi anlayar. Məndə o daşı sənə verdim ki səndə öz sirrini ona deyəsən. Sonrada mən baxıb ondan nəsə öyrənəm sənin haqda. Ama yaman sirr saxlayan daşdır. Heç bir kəlmədə olsun mənə heçnə demədi. Baxıb gülümsədi. Dedi ki, indi mənə de görüm əlimdə ki bu ürəyə baxmağı istəyirsən ya o daşa verdiyin sualın cavabın? Məndə heç düşünmədən belə əlbəttə ki sualın cavabın dedim. Bir anlıq səssizlik oldu və sadəcə HƏ dedi... O anı yaşayanlar məni daha yaxşı başa düşər. O hissi hansı sözlərlə ifadə edim bilmirəm. Sadəcə o anı yenidən yaşamaq üçün, yenidən yaranmağımı istərdim. Nəysə o bu sözü deyəndə sadəcə sinifimizin qızları ordaydı və onlara da hər şey məlum oldu. Həmən vaxt daşı ona verdim dedim daha bu səndə qalsın. Sevincli və xoşbəxt halda evə getdim. Artıq sevgili olmuşduq. Həmən vaxtlar telefon falan işlətdiyini bilmirdim. Çünki bizim məktəbdə heç kəs telefon gətirmirdi məktəbə nə də evdə işlədənidə bilmirdik. Utanırdıq danışmağa bir-birimizlə. Çarə yalnız məktublara qalmışdı. Və bu məktubu aparıb yerinə çatdıracaq bir nəfər lazım idi bizə. Bir gün mən gəlib yazırdım səhərsi ona aparaıb məktəbdə verirdilər. Ertəsi gün isə o yazıb gətirirdi məktəbə və gəlib mənə çatırdı. Mənim sinif yoldaşım köməklik edirdi bu məsələdə bizə. Bir neçə gün olmuşdu artıq üz üzə söhbət etmək istədiyimi dedim və böyük tənəffüsdə onunla görüş təyin etdik. Öz sinifimizdə onu gözləyirdim. O gəldi içəri girdi salamlaşıb əyləşdi bir oturacaqda məndə digər tərəfdə oturmuşdum aramızda 3 metr falan məsafə vardı. Utanırdıq biraz. Bir müddət söhbət etdik artıq zəng vuruldu, uşaqlar siniflərə qayıdırdı. Sağollaşıb sinifdən çıxanda ikimizdə eyni anda qapını açmaq üçün əlimizi uzatdıq. Düzü mən planlaşdırırdım bunu)) həmin an əlim onun əlinə dəydi tez çəkdi əlin ama güldü)) İlk görüşümüz belə oldu sonra hər gün böyük tənəffüsdə görüşlərimiz söhbətlərimiz oldu. İkinci görüş idi. Bu dəfə ondan əlini tutmaq üçün icazə istədim. Əlini uzatdı)) ilk əllərini tutmağım heç ağlımdan çıxmır. Günlərimiz çox xoşbəxt keçirdi. Sonra onun telefonu olduğunu öyrəndim)) nömrəsini almaq üçün bir müddət çətinlik çəkdim)) bir neçə gündən sonra bir məktubda nömrəsini də yazmışdı)) artıq daha rahat və çoxlu danışa biləcəkdik. Ama hər vaxt danışmaq imkanımız olmadı zənglə gün ərzində 15-20 dəqiqə danışırdıq sonra bu danışığın daha asan variantını tapdıq. Facebookda həm ona həm də özümə bir profil açdım və facebookla danışırdıq çox vaxtı. Vhatsap yox idi həmən vaxtı. Ona görə də çətin idi əlaqəmiz)) sonra bu saytla məni tanış etdi bir səhifə açdı mənə. Confidential_human bu mənim səhifəm olub. Bu saytı çox sevdim, o zamanlar daha aktiv işləyirdi. Nəysə günlər, aylar keçdi. Bu keçən zamanda çoox hadisələr baş verdi. Hər kəs artıq bizim bir-birimizi sevdiyimizi bilirdi. Onun ailəsi isə bu işə heç yaxşı baxmadılar təbii ki bu normal idi çünki o zamanlar yaşımız az idi. Məktəbli uşaqlardıq. Ama əsl sevgidə elə o zamanlar olur. Mən məktəbi bitirmişdim. Hər gün gecələri zənglə gündüzlər isə facebookda danışırdıq. Bir gün səhər ayılıb facebooka girdim ki baxım görüm mesaj gəlibmi? Gördüm mesaj qutusu doludur. Çox sevindim ki yazıb. Ama mesajlara girəndə heç yaxşı sürprizlə qarşılaşmadım. Bu bir ayrılıq mesajı idi. Heç vaxt gözləmədiyim o mesaj gəlmişdi artıq. Saatlarla telefonda danışan, günlərlə bir birinin həsrətindən darıxan sevgililər artıq yolun sonuna gəlmişdi. Heç yola başlamadan. Hər gün səhər sühb namazında mənə zəng edən o qız, hər gün mənimçün canından keçəcəyini deyən o qız, artıq məndən vaz keçmişdi. Mesajları oxuduqca ağlayırdım. Sanki dünyam qaraldı. Hər şey boş bir şey idi mənimçün. Əvvəl əsəbi yazdım ki gəl bura cavab ver niyə ayrılırsan bu nə deməkdir?? Ama sonra yalvarmağa başladım... Aciz idim ona qarşı olan sevgimin qarşısında sınmışdım... mən onu itirməkdən çoox qorxurdum... getmə deyə yalvardım. Ama fayda etmədi. Özümü öldürəcəyimi dedim. Yenə də qalmadı. Dedi bağışla artıq çıxmalıyam daha yazma mənə. Axtarma məni... ayrıldı... otağıma gəlib sabaha qədər ağlayıb düşündüm ama heç bir çarə yox idi.. artıq əlaqəm kəsildi onunla... 2014 avqustun 25i ayrıldı məndən.... ama onu sevməyə davam edirdim. Onu unutmadım. Sevgim heç azalmadı. Ölkəni tərk edib atamın olduğu yerə getdim. Sonra qayıdıb gəldim ondan hələ xəbər yox idi. Artıq dövr dəyişmişdi. Hər kəsdə vhatsap yayılırdı. Mən yenidən qayıdıb gedəcəkdim ölkədən. Artıq bu hadisədən 10 ay keçmişdi. 2015 iyun ayının 9 u. İki üç günə getməyə hazırlaşırdım. Telefonuma mesaj gəldi. Dostum yazmışdı. O qızı soruşdu məndən. Dedi ki onu hələ də sevirsənmi? Çox əsəbləşdim. Dedim onun adını çəkmə. Bu haqda danışmaq istəmirəm. Çünki bu 10 ay ərzində xəstəliyə tutuldum əsəblərim pozuldu. Epilepsiya oldum. Müxtəlif mualicələr aldım ama əks təsir göstərdi bəzi dərmanlar. Özümü kəsib doğramağa başladım. Sonra biraz düzəldim. Ama gecələri tək qala bilmirdim. Həmən ana dəli olurdum sanki. Çoox çətinliklər gördüm. Ailəmə dəfələrlə övladlarının gözləri önünüdə qan içində qaldığını, dəli kimi ağlayıb güldüyünü yaşatdım. Nəysə bu kimi bir çox hadisələr yaşanmışdı. Bu səbəbdən o qıza çoox əsəbi idim. Onu xatırlamaq istəmirdim. Çünki mənə çox pis təsir edirdi. Ama dostum ısrarla soruşurdu ki onu hələ də sevirsən ya yox? Sonunda bir də bu haqda soruşsan səni blok edəcəm dedim ona. Və 2 dəqiqə keçdi. Dostum tərəfindən bir qrup açıldığı bildirişi gəldi. Qurupda onun nömrəsini gördüm. Şəxsidə yazdım dostuma ki bu nə deməkdi. Dedi ki səninlə barışmaq istəyir mənim nömrəmi tapıb mənə yazıb ki sizi barışdırım sənə yazmağa çəkinir ki onu rədd edərsən. Barış dedi mənə onu bağışla dedi. Bilmədim nə edim həmən an yenidən doğuldum sanki. Biraz danışıb həmən də barışdım çoxda uzatmadım. Ondan getməsinin səbəbini soruşanda anam bizim telefonla danışdığımızı bildi və məni məcbur etdi ki ona sənöl vurum ki daha səninlə əlaqəni kəsəcəm və səndən ayrılacam. Məcbur qaldığını dedi. Ama daha dözə bilmirəm dedi. Sənsiz olmur. Bu neçə vaxtda çox əzab çəkdiyini dedi. Mənsə 3 gün sonra vətəni tərk edəcəyimi dedim. Onu görə bilmədim. Çünki həmən vaxt mən bakıdaydım oradanda yenidən rusyaya gedəcəkdim. Nəysə əsas odur ki barışmışdıq və mən ayın 12si getdim rusyaya cəmi 1 həftə idi gəldiyim. Kəndimizdə nişan vardı ortaq qohumlarımızdan idi həmən nişana geyinəcəyi paltarı belə birlikdə seçmişdik. Və ona çox oynamamasını xahiş etdim çünki mənimdə anam orada olacaqdı. Dedim səni çox oynayan görməsin. Yoxsa səndən xoşu gəlməz. Nəysə həmən günü danışa bilmədim onunla. Nişanın səhərsi günü mesaj yazdım sabahın xeyir necəsən? deyə. Cavabı isə belə idi: sabahın xeyir necə olacam dünən o qədər xarici mahnılara oynamışam ki yorulmuşam.. bu söz məni çox əsəbləşdirdi. Bilmədim nə yazım sadəcə bunu dedim oynamağın ordakıların xoşuna gəldimi? Və bu sözdən sonra yazılanlar heçdə yaxşı olmadı mənim çox sıxıcı və kobud olduğumu dedi səninlə mən davam edə bilməyəcəm gəl yaxşısı budur elə burdaca bitirək bu söhbəti. Və yenə ayrıldı məndən... yenədə yaşatdı o acıları mənə daha da pis vəziyyətlərə düşdüm. Özümü öldürmək üçün çoxlu dərman atdım ama gəlib tez tapmışdılar məni. Həkimə vaxtında apardılar. Ölmədim... ama kaş ki öləydim. Və o gündən sonra nə mənə cavab vermədi nə də ki ondan bir xəbər gəlmədi. Bu son idi il oldu 2016 mən əsgərliyə gedirdim. Vayenkomatdan məni aparmaq istəmirlərdi xəstəliyimə görə ama ərizə falan yazmışdım ki könüllü gedirəm mən sağlammam. Hələ də unutmamışdım onu. Anamla danışdım ki getməzdən qabaq onlara gedib danışsın həsini alsın helə gedim. Əgər mən əsgərlikdə olanda onu kiməsə versələr mən oradan sağ qayıtmayacam. Razı saldım anamı. Artıq son bir həftə qalmışdı. Əmimgilə getmişdim . Orda mənə dedilər ki xəbərin var sevdiyin qızıda verdilər dünən.. sanki tok vurdu məni. Bilmədim nə deyim. Nə qız? Kimə veriblər? Haçan olub? Deyə suallar verdim. Ama heç bir cavabı heç bir kəsi eşitmirdim kar oldum sanki. Başım gicəllənirdi. Oturduğum yerdən qalxaraq çıxdım ordan. Arxamca səslənirdilər ama heç birinə cavab verə bilmirdim. Evə gəlib çatanda anam eyvanda idi. Məni gördü. Baxdı ki ağlayıram. Nə olub dedi? mən: sən bilirdin mama? -nəyi? mən:onu başqasına veriblər. Anam bilmədi nə desin
-gəl otur sakitləş dedi. Dedim: istəmirəm sakitləşmək.. siz elədiniz. Onu aylardır məndən sanki gizlətdiniz.. onun haqda neçə vaxtdır heçnə eşitmirəm. O haqda söhbət açanda qaçdınız məndən. Heç kəs mənə yardım etmədi. Və bura qədərmiş.. bu dəfə məni itirdiniz. Anam mənim nə demək istədiyimi çox yaxşı başa düşdü bildi ki əsgərlikdən qayıtmayacağımı deyirəm. O an diz çöküb önümdə yalvardı. Etmə mənə bunu illərdir sənin xəstəliyinə görə mənimdə ürəyim xəstəlik tapıb. Səni o hallarda görəndə ürəyim param parça olur. Təsəvvür edinda bir ana övladının əzab çəkdiyini görür. Necə olar sizcə? O öz yolunu seçdi səni unudub başqasına hə deyib bitir artıq bu mövzunu unud onu. Və öz yoluna davam elə. Onun acığına yaşa və həyatını gözəl qur... orada söz verdim anama dedim öyrənəcəm əgər o öz istəyi ilə gedibsə bu söhbət burada da bağlanacaq. Bir qohumum vardı ona yazdım onun qohumu ilə rəfiqə idilər. Onun dəqiq söz deyəcəyini düşündüm. Və onun cavabı belə idi. - O qız öz istəyi ilə gedib. Hətda hə verilməmişdən qabaq görüşüb şəkildə çəkdiriblər. Şəklini də atdı mənə. Və orada bunu bitirəcəyimə söz verdim. O gündən sonra onu görmədim. O evlənib getdi. Heç zaman yoluna çıxmadım. Nə səsini eşitdim nə üzünü gördüm. Hər zaman düşündüm ki görəsən məni görsə nə edər? Çünki ola bilməzdi ki məni o qədər sevən qız bu şəkildə məni tərk edib getsin. Bu hekayənin arxasıda var ama geri qalanını onun özü yazsın istərdim.
Biraz çox uzun yazdım ama bu hələ hekayənin qısaldılmışı idi. Sadəcə çəkdiyim bu acıları sizlərlə bölmək istədim. Və o özüdə nə vaxtsa bura girsə qoy bu xəbərimi görsün. Bəlkə nəsə əlavə etmək istəyər. Çox sağolun hər birinizə təşəkkürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
527 545 431 481 461 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.