♔Princess♔

♔Princess♔ Mətbəx 28-05-2016, 22:00

Moxito içkisinin hazırlanması

Moxito içkisinin hazırlanması


Çoxlarının sevdiyi moxito həm sərinləşdirici, həm də sakitləşdirici bir içkidir.

Moxito xüsusilə son illərdə çox populyar olan kokteyl növünə çevrilib. 80-cı illərdən bu yana ən çox içilən tropik içkilərdən biri olan moxito əslində olduqca sadə bir kokteyl növüdür. Moxito içkisinin ev şəraitində daha asan şəkildə hazırlanmasını sizə təqdim edirik.

Ərzaqlar

2 çay qaşığı şəkər tozu
6-8 ədəd nanə yarpağı
1 çimdik soda
1 ədəd yaşıl limon
1 viski stəkanı rom (supermarketlərdən soruşun)
Bəzəmək üçün nanə budağı

Hazırlanması

Böyük bir kokteyl stəkanına şəkər və nanə yarpaqlarını qoyun.
Üzərinə bir az soda əlavə edin.
Şəkəri əritmək və nanə dadını almaq üçün yaxşıca nanə ilə qarışdırın.
Limon suyunu stəkanın içinə sıxın.
Limonun yarısını stəkanın içinə atın.
Rom əlavə edin.
Yaxşıca qarışdırın.
Stəkanı buz parçaları ilə doldurun.
Nanə budaqları ilə bəzəyin.


Nuş olsun !!!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
728 677 625 618 673 628

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.