AzizA

AzizA Mətbəx 21-08-2018, 10:27

Qozlu kadayıf şirniyyatı

Qozlu kadayıf şirniyyatı
Qozlu kadayıf şirniyyatı


Ərzaqlar:

250-300 q kadayıf, 100 q kərə yağı, 1 st qovrulmuş qoz ləpəsi

Şərbət üçün:

1 st su, 1 st şəkər tozu

Hazırlanması:

Yağı əridib kadayıfın üstünə töküb əlimiz ilə qarışdırırıq.
Soba qabına yarısını töküb yayırıq.Sonra qozu xırda doğrayıb səpirik.Qalan yağlı kadayfı töküb yayırıq. Üstündən basıb bərkidirik.
180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
O sobada bişənə qədər şərbəti hazırlayırıq.
Şəkər tozu ilə suyu qazana əlavə edib qarışdırıb ocağa qoyuruq. Qaynamağa başlayanda 3-5 dəq qaynadıb götürürük.Sobadan çıxan kimi şərbəti tökürük.
Soyuyanda kəsib çay süfrəsinə veririk.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 530 500 530 530 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.