reklam
Can bədəndən çıxan zaman Can bədəndən çıxan zaman https://take.az/uploads/posts/2021-06/1623615776_loading.az_islam-dini.gif
_Uğurböceyi_

_Uğurböceyi_ İslam Dini 30-08-2018, 10:00

Can bədəndən çıxan zaman

Can bədəndən çıxan zaman
Bismillahir Rahmenir Rahim!
Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Mö᾽minin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə mö᾽minin “məni tez öz mənzilimə çatdırın!”, kafirin isə “məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Mö᾽minə qüsl veriləndə mələk soruşur: “Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: “Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.”
Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Qur᾽an tilavətinə yer verilsin.
Bə᾽zi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.
Qəbirdə mö᾽minə verilən ilk müjdə odur ki, “Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı.” Mö᾽minlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edənlər getdikdən sonra, meyyitin vəlisi geri qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 410 356 327 413 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.