reklam
Quranın xeyməsi sayılan surə Quranın xeyməsi sayılan surə http://take.az/uploads/posts/2018-09/thumbs/1536494688_quran_0236.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 9-09-2018, 16:04

Quranın xeyməsi sayılan surə

Quranın xeyməsi sayılan surə


İslaminSesi bildirir ki, Quranın surələrindən biri Həzrət Peyğəmbərin (s) buyurduğuna görə "Quranın xeyməsi" hesab olunur və bu surə mübarək "Bəqərə" surəsidir.

Bu surənin başqa adları da vardır, o cümlədən: Seyyidil-Quran, Kürsü, Zəhra. Çünki hidayət yolunu adlandıran surədir. (Erfan)

Həzrət Peyğəmbər (s) buyurur: "Quranın ən uzun surəsi Tövrat yerinə mənə əta olunmuşdur". Peyğəmbərə (s) sual verirlər ki, ən üstün surə hansıdır, buyurur: "Bəqərə".

Baxmayaraq ki, Quranın başqa surələri də üstün surələr kimi tanıdılmışdır - "Həmd" surəsi kimi - ancaq "Bəqərə" surəsinin üstün olması ilə heç bir təzad təşkil etmir. Hər birinin üstünlüyü özünəməxsus cəhətdəndir. Bu sahədə üstün olmaq nisbi mövzudur. Misal üçün, "Həmd" surəsinin üstün olması ona görədir ki, qısa şəkildə Quran maarifini əhatə etmiş və ona görə də "Ümmül-kitab" adını almışdır.

"Bəqərə" surəsinin üstün olması isə o cəhətdəndir ki, bu surə geniş bir surədir və bu surədə maarif, əxlaq, hüquq, fiqh məsələri geniş şərh edilmişdir. Ona görə də surələr arasında misilsizdir. Bəzi müsəlmanlar İslam dininin əvvəllərində səkkiz il çalışırdı ki, bu surəni əzbərləyə bilsin.

Bu surədə nurani ayələr vardır ki, misli-bərabəri yoxdur. O cümlədən "Ayətül-kürsü" bu surənin ayələrindəndir. "Ayətül-kürsü"nü "Quranın uca qalası" və "Ərşin xəzinəsi" də adlandırmışdılar. "Ayətül-kürsü" ayəsində Allah Təalanın sifətləri bəyan olunmuş və Allahla bəndənin arasında olan rabitə təsvir edilmişdir.

Həzrət Peyğəmbər (s) bu ayə haqqında buyurur: ""Ayətül-kürsü" - Quranın üstün ayəsi, bütün dünya və axirət xeyirlərini əhatə edəndir". İlahi ərş xəzinəsindən olub, Peyğəmbərə (s) əta edilmişdir.

İmam Sadiq (ə) buyurur: ""Ayətül-kürsü" - Quranın uca qalasıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 468 411 430 407 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.