KiBirLi_PrenS.

KiBirLi_PrenS. Statuslar 5-03-2023, 19:05

StatusLar23

StatusLar23
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər, nəticədə düz xətt olub ayaqlanmağa məhkumdur.

Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.

Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır.

Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır.

Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır.

Eqo bir buz dağıdır. Onu ərit. Onu dərin bir sevginin içində ərit, beləliklə o yox olsun və sən, okeanın parçası halına gəl.

Hardasa bütün kişilər çətinliklərə dözə bilər, amma bir adamın xarakterini test etmək istəyirsənsə, ona güc ver.

Əgər dadını bilsəniz, çörəyi paylaşmaq çörəkdən daha ləzzətlidir..

Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır.

Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.

Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar.

Öyrəndim ki, insan öz qayğılarını həll etməkdən ötrü yox, içində sevgi olduğu üçün yaşayır…

Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə müdrikdir.

Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər.

Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.

Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur.

İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.

Sevmək, sevdiyin kişi ilə birlikdə olmaq deyildir unutma! Çünki sevgi; onunla yaşamaq deyil, onu yaşamaqdır əslində..

Hər kəs sənin necə göründüyünü görə bilər. Amma çox az adam necə insan olduğunu hiss edər.

Verdiyini xatırlamayan və aldığını unutmayanlar müqəddəs insanlardır.

Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq – əsla.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 465 450 443 463 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.