_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 10-09-2018, 18:15

Yaşayıb Gedirəm Mən Səndən Ayrı

Yaşayıb Gedirəm Mən Səndən Ayrı
Yaşayıb Gedirəm Mən Səndən Ayrı



Mən elə bilirdim, sevərsən məni,
Əlimdən tutarsan, yarım olarsan...
Gözümdə sevginin dəyəri kimi,
Qalarsan, heyatım, varım olarsan!

Elə bilirdim ki, gözəldi dünya,
Arzular, istəklər, diləklər gözəl...
Elə bilirdim ki, sevirsən,... guya,
Sevən yolda qalmaz, əlbət, sevilər!

Elə ki, etiraf etdim, sevirəm,
Ele ki, hisslərim cavabsız qaldı.
Elə ki, öz tayın saymadın məni,
Qəlbimi sorğular, suallar aldə....

Mən elə bildim ki, sən sevə-sevə,
Sevgimə inanmaq istəməmisən.
Mən elə bildim ki, susqunluğunla,
Gizli baxışınla nəsə deyirsən...

Çox şeyi içimdə gizli saxladım,
Çox şeyi deməyi mən bacarmadım.
Beləcə seni də unudacagdım,
Beləcə özümçün yaşayacaqdım...

Allahın əmriydi, sevgi və həsrət,
Mən sevdim, mən çəkdim sonsuz həsrəti.
Həyata "Əlvida" deyib, xəlvəti
Eşqin kəndirindən asılacaqdım.
Mən elə bilirdim, ölmək asandı,
Ölsəydim yoluna çıxmayacaqdım...

Elə bilirdim ki, ölüm zəfərdi,
Ölənlər uduzur, uduzur axı...
Ruhum qanadlanıb uçar yuxarı,
Gözündə qiymətim düşər aşağı...

Mən bilib itirdim səni, deyəsən,
Elə bilirdim ki, sevərsən məni...
Susub məhəbbətin buz həsrətinə,
Sənsiz ağlayıram bütün gecəni...
İçimdə dünyanın dərdi, qübarı,
Yaşayıb gedirəm mən səndən ayrı...

Vüsal Yurdoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
943 888 862 863 805 832

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.