Şairlərin baxışında "Payız"

Hüzn fəsli deməyək payıza. İslandığınız yağışına, gözlərinizə toz üfürən, saçlarınızı qarışdıran küləyinə, ayağınıza dolaşan xəzanına siz deyinərkən, bir şair hansısa evin pəncərəsi önündə dünyanın ən gözəl şeirini yazır bəlkə də...
Azərbaycan və dünya ədəbiyyatında bəlkə də elə bir şair tapmaq olmaz ki, onun əsərlərində kövrək payız nəfəsi hiss edilməsin, payız ətri duyulmasın. İllərdən, əsrlərdən bəri payız Azərbaycan ədəbiyyatında da özünəməxsus tərənnüm və təsvirə malik fəsil olub. Bəlkə də, bütün dünya ədəbiyyatından qabaq rənglərin mistik rəqsinin tərənnümü olan payıza "Dədə Qorqud" dastanlarında "güz" adıyla rast gəlirik: "Güz almasına bənzər al yanaqlım!"
Payız insan ruhunun cana gəldiyi, duyğularının dilləndiyi fəsildir. Heç təsadüfi deyil ki, şair və yazıçılarımızın bir çoxu sevgi, məhəbbət macəralarının zamanı kimi məhz payız fəslini seçirlər.

Payızın ən gözəl təsvirlərindən biri Abdulla Şaiqin, orta məktəb dərsliklərində verilən şeirindədir:
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.

Kamal Abdulla isə "Payız sevgisi" şeirində payızı həsrət, ayrılıq, eşq, məhəbbət fəsli kimi səciyyələndirir:
Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi.

"Yavaş-yavaş" şeirində insan ömrünü ilin fəsillərilə müqayisə edən Bəxtiyar Vahabzadə qocalığı payız fəslinə oxşadır, saralıb budağından qopan yarpaqları qocalıb həyatdan köçən insanla eyniləşdirir:
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.

Şair Sona Vəliyevanın sözlərinə Ruslan Səfəroğlunun yazdığı mahnı özünün nisgilli ovqatı ilə seçilir. Əməkdar artist Mətanət İsgəndərlinin oxuduğu mahnı payızın ruhunu dinləyicilərə ötürür. Şairin payızı "yarpaq qırğını" adlandırması xüsusilə mahnıda diqqətçəkən bənzətmələrdəndir:
Bu necə payızdı, bu necə, Allah?
Budaqda saralan min ümid ölür.
Yarpaq qırğınına azğın küləklər
Bilmirsən ağlayır, bilmirsən gülür?!

Bir axşam taksidən....Vaqif Səmədoğlu
Bir axşam taksidən düşüb payıza ,
Bilmədik haraya, hayana gedək.
Dərin sularını qatıb dayaza
Dəniz də bağlıdı yay kinosutək.
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz qibləyə sarı.
Yenə tapılmadı payız gəlincə
Bağlı ümidlərin itmiş açarı...