Kənan Heydərov

Kənan Heydərov özünü 💖 aşiq hiss edir. Şəkillər / Məşhurlar / Xəbərlər 1-12-2018, 17:29

Neslihan Atagül Bakıya gəldi: "Ət qutabınızı bəyənirəm"

Türkiyəli aktrisa Neslihan Atagül Bakıya gəlib.

Sənətçi “Altın kelebek” ödülləri ilə bağlı keçirilmiş tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Onun Bakıya səfəri 1 günlük planlanıb. Buna səbəb isə bu günlərdə aktrisanın iş qrafikinin sıx olmasıdır.

“Sabah burada ola bilməyəcəm. İstanbulda işlərim var. Amma kiçik bir video çarx çəkilib. Heç kimin haqqına girmək istəmirik. Namizədlərdən kim layiqdirsə, o da qazansın. Bura ikinci gəlişimdir. İnanılmaz qonaqpərvərsiniz. Çox təmiz və işıqlı şəhəriniz var. Qutabınızı bəyənirəm. Ən çox da ət qutabını. Amma şəhəri gəzmək imkanım olmur” deyə, aktrisa bildirib.

Qeyd edək ki, “Altın kelebek” ödüllərinin bu ilki Azərbaycandan namizədləri xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Dilarə Kazımova, Səmra Rəhimli, Aysel Əlizadə, Roza Zərgərli və Xatirə İslamdır. Dekabrın 2-də baş tutacaq konsertdə isə Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanacaq.

Ötən il əməkdar artist Röya Ayxan “Azərbaycanın parlaq ulduzu” nominasiyasında qalib olub.




Neslihan Atagül Bakıya gəldi: "Ət qutabınızı bəyənirəm"















Derc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
699 692 543 617 647 564

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.