HASANLY

HASANLY Şeirlər 2-05-2019, 14:00

Cənab

Cənab
Yağışda, boranda, qarda,qalmısan,
Ya da ki getdiyin yolda qalmısan,
Gələcəm demişdin,harda qalmısan?
Yalanı çay kimi hey daşan cənab!
Gûnû gûndən mənə yadlaşan cənab.!
Cənab

Məni bir gûl kimi soldurub qaçan,
Ôzûsə hər fəsil çiçəklər açan,
Hamıya təbəssûm,gûlûşlər saçan,
Ûrəyi bir mənə daşlaşan cənab!
Gûnû gûndən mənə yadlaşan cənab!

Qocalıb nə vaxtsa dûşəndə əldən,
Utanarsan əlbət bu pis əməldən,
Halallıq istəmə gəlib də məndən,
Əlində əsayla , yaşlaşan cənab!
Gûnû gûndən mənə yadlaşan cənab!

Səbinə Ərdəm

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
614 618 588 628 593 697

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.