reklam
Cadillac sedan CTS-i təkmilləşdirib Cadillac sedan CTS-i təkmilləşdirib http://take.az/uploads/posts/2016-07/1469952053_1467983775-1.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Avto Dünya 31-07-2016, 16:00

Cadillac sedan CTS-i təkmilləşdirib

Cadillac sedan CTS-i təkmilləşdirib
Cadillac sedan CTS-i təkmilləşdirib

“Cadillac” şirkəti sedan “CTS”-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Avtomobilin dizaynı flaqman amerikan brendi “CT6”-nın bəzi elementlərini mənimsəyib. Avtomobil yeni radiator barmaqlığı, dəyişilmiş arxa bamper və vertikal boruları olan fərqli qaz buraxma sistemi ilə təchiz edilib. Sedan, həmçinin “Carbon Black” paketi alıb ki, ona yeni təkər diskləri və ban üçün müxtəlif rənglər daxildir.

Sedanın kapotu altında 2,0-litrlik, 268 a.g. olan benzin turbo mühərrik quraşdırılıb. Həmçinin 3,6-litrlik, 335 a.g. olan V6 da əlyetərlidir. Top modifikasiya olan “CTS VSport” isə 3,6-litrlik biturbolaşdırılmış V6 (420 a.g.) ilə təchiz edilir.

“Cadillac” şirkəti 2015-ci ildə Detroyt avtosalonunda ən güclü modifikasiyaya malik sedan “CTS-V”-ni təqdim etmişdi. Yenilik xarici görünüşü ilə baza versiyasından fərqlənir: aqressiv qabaq bamper, torlu radiator barmaqlığı, böyük hava çıxıntıları. Model, həmçinin qabaq splitter, ventilyasiya olunan karbon əyləc, enli qanadlar, aerodinamik yan ətəklər və arxa spoyler alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 326 293 336 317 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.