HASANLY

HASANLY Hekayələr / Sevgi 3-08-2019, 12:27

Xatirələrin yanından keçəndə...

Xatirələrin yanından keçəndə...
Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən "qayıt, ölürəm” kimi oxunar


ona yazdığın bircə "Salam. Necəsən?” Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı


Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...


Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də


barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: "mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan



xatirələrin yanından keçəndə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 593 612 564 615 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.