ParadiseSark

ParadiseSark özünü 😔 qəmli hiss edir. Şeirlər 26-01-2021, 21:00

"UNUTMAĞIN RESEPTİ"

"UNUTMAĞIN RESEPTİ"


Hərdən onun toxunduğu yerlər qopar bədənindən hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan… Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır
Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım…
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e, onun qoxusu hələ də çəkilmir paltarından
Hərdən ovulub gedərsən…
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki, altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”.
Hərdən heç nə dəyişməz…
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən… yıxılarsan xatirələrin yanından keçəndə…

Şeir: AQŞİN EVRƏN

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
602 619 570 543 525 576

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.