
_Uğurböceyi_ özünü 🙁 darıxan hiss edir. Şeirlər 6-08-2019, 22:50 Gülşen - Ne Kara Kaşına ( Adı Aşk Sebebimin ) dinləyir.
Gör necə güclüsən....
GÖR NECƏ GÜCLÜSƏN!..

Yatmaq istəyirəm…sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
Izləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq duüşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklerimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
Itirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammiram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
Gəzmək istəyirəm… sənsizliyimii
Yollarda itirim, unudum tamam.
Hara gediremsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, həryerdə görünür yerin
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə olsun ki,
Mənə dünənimi xatırlatmasın!
Gülmək istəyirəm… ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldi yarıda,
Gör necə güclesən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
— Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür, yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Bəxtiyar Vahabzadə





