Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir - RƏY
Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir - RƏY
https://take.az/25881-qizil-en-celbedici-investisiya-aletine-chevrilmekdedir-rey.html
https://take.az/uploads/posts/2019-11/1574333478loading.az_1.jpg
Dünya bazarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 15% və ya 189,60 dollar artaraq ötən gün 1 470,90 dollar/unsiya təşkil edib.Proqnozlarda da qızılın qiymətinin artacağı qeyd edilir. Belə ki, ABŞ-ın qlobal investisiya bankı “Citigroup Inc”bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirsə də, bankın mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir. Bankın əvvəlki hesabatına görə, yaxın bir və ya iki il ərzində qızılın bir unsiyası 2000 dollar səviyyəsini ötəcək. Qlobal maliyyə şirkəti "Merrill Lynch International" da qızılın qiymətinin 2 min dollara qədər qalxa biləcəyini bildirir.