Stressə qalib gəlməyin SADƏ YOLU - 5 dəqiqə bunu edin

Stressə qalib gəlməyin SADƏ YOLU - 5 dəqiqə bunu edin
Daha çox stress keçirən insanlara gündə 5 dəqiqə səssizlik lazımdır. 

LOADİNG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi İdarəsinin "Qərbi Degunino" ailə mərkəzinin psixoloqu Aleksandra Morozova deyib.

Onun sözlərinə əsasən, 5 dəqiqəlik sükut xüsusən ofis işçiləri üçün faydalıdır, çünki bu, onların məhsuldarlığını artıra bilər.

"Bununla biz şəxsiyyətimizə vaxt ayırmaq, iş gününün istənilən anında emosional stresdən azad olmaq fürsətini əldə edəcəyik, düşüncə axınımızı düzgün istiqamətləndirə, gələcək işləri planlaşdıra və xarici aləmin səs-küyündən dincələ bilərik" - deyə psixoloq açıqlayıb.

Onun fikrincə, bir neçə dəqiqəlik sükut narahatlığı azaldır və immuniteti artırır. Bu da, öz növbəsində, iş qabiliyyətinə müsbət təsir göstərir və kreativliyi inkişaf etdirir.

Belə fasilələr zamanı sinir sistemini qıcıqlandıran bütün faktorlardan, xüsusən də qacetlərdən uzaq durmaq vacibdir. Həmçinin, bu 5 dəqiqə ərzində nəfəs məşqləri etmək, təmiz hava udmaq və ya təmizlik işləri görmək məsləhətdir. Həmin müddətdə sadəcə düşünmək və işləri planlamaqla da məşğul olmaq olar. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 241 259 236 222 254

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.