KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 6-03-2021, 18:30

Dini aforizmlər

Dini aforizmlər
Adam var ki, inanmaq istəyir, amma inana bilmir. Adam da var ki, inanmaq istəməsə də inanır. (Əbu Turxan)

Ağ lövhə təkcə Allah-a məxsusdur;
biz hamımız yazılmışların üzərində yazırıq. (Əbu Turxan)

Ağlanacaq bir hal idi
Özümüzdə görürdük,
Dilimizin, dinimizin
Getməsinə gülürdük. (Hüseyn Cavid)

Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır. (Əbu Turxan)

Allah sözünü yaratdıqlarının təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. (Əbu Turxan)

Allah təkcə nizamlı dünyada deyil, xaosda, qaranlığın dərinliklərində də təzahür edir. (Əbu Turxan)

Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur. (Əbu Turxan)

Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir. (Əbu Turxan)

Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir. (Frensis Bekon)

Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. (Cübran)

Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik. (Əbu Turxan)

Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir. (Rabindranat Taqor)

Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır. (Əbu Turxan)

Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür. (Əbu Turxan)

Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. (Əbu Turxan)

Dinə və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)

Dinin fəlsəfədən bir fərqi də odur ki, burada ideya iradə ilə vəhdətdədir. Bu baxımdan din ideologiya iləeyni tərtibli hadisədir. (Əbu Turxan)

Dinsiz elm kor, elmsiz din də topaldır. (Albert Eynşteyn)

Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir. (İmmanuel Kant)

Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. (Əbu Turxan)

Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. (Əbu Turxan)

Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir. (Əbu Turxan)

Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda onun həddi-hüdudu olmaya bilər. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
814 764 806 777 745 721

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.