HASANLY

HASANLY Xəbərlər 29-11-2019, 10:33

"Facebook" yeni xidmətini istifadəyə verib

"Facebook" yeni xidmətini istifadəyə verib
"Facebook" sosial şəbəkəsi tərəfindən amerikalı istifadəçilər üçün təqdim edilmiş "Viewpoints" proqramında istifadəçilər sorğularda iştiraka və başqa tapşırıqların yerinə yetirilməsinə görə maliyyə mükafatı ilə qiymətləndiriləcək.
Loading.Az  "ICTnews"a istinadən xəbər verir ki, hazırda xidmət yalnız amerikalı istifadəçilər üçün əlçatandır, ancaq "Viewpoints" artıq 2020-ci ildə başqa ölkələrdə də əlçatan olacaq.
Yalnız "Facebook"da qeydiyyatdan keçmiş və yaşı 18-dən yuxarı olan insanlar bu mobil tətbiqdən istifadə edə biləcəklər. Lakin xidmət onların fərdi məlumatlarını (elektron poçt ünvanı, yaşayış yeri, doğum tarixi, ad və soyad, bəzən isə olduğu yeri) istəyəcək.
"Facebook"un nümayəndəsi bildirib ki, şirkət "Viewpoints" tətbiqini yalnız öz məhsulunu yaxşılaşdırmaq üçün çıxarıb, toplanmış məlumatlar üçüncü şəxslərə verilməyəcək.
Mütəxəssislər sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarının itkisi ilə bağlı çoxsaylı qalmaqallara görə artıq "Facebook"un bu təşəbbüsünü tənqid ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 343 299 264 296 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.