HASANLY

HASANLY Xəbərlər 30-11-2019, 13:24

Motorola brendi növbəti Motorola RAZR smartfonunun patentini aldı

Motorola brendi növbəti Motorola RAZR smartfonunun patentini aldı

Qatlana bilən yeni Motorola RAZR smartfon modelinin təqdimatından bir neçə gün sonra internetdə sözügedən smartfonun növbəti versiyası barəsində ilkin məlumatlar ortaya çıxdı. Motorola brendi bu barədə artıq intellektual mülkiyyət üzrə ümumdünya təşkilata patent sorğusunu göndərib. Həmin patent sorğusu isə növbəti Motorola RAZR modelinin əsas dizayn özəlliklərini ortaya çıxardıb.

Loading.Az technote.az-a istinadən bildirir ki, patent sorğusuna əsasən növbəti Motorola RAZR modelinin təkcə ekranı deyil həmçinin kənarları da sensorlu olacaq. Smartfon kənarlarına 20 müxtəlif jesti təyin edə bilən ötürücülər yerləşdiriləcək. Bunun vasitəsilə istifadəçi hətta smartfonun bağlı olması halında da ondan istifadə edə biləcək. Barmaq izi skanı texnologiyası isə smartfonun ekranına inteqrasiya ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 494 411 434 437 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.