Bakıda zəhərlənən tələbələrin kimlikləri bilindi
Nizami rayonu NZS qəsəbəsində zəhərlənən tələbələr evə buraxılıb.
Loading.Az oxu.az-a istinadən bildirir ki, axşam saatlarında 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr - 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Onlar kirayələdikləri evdə turşu yediklərini bildiriblər.
Qeyd edək ki, N.Tağıyev Bakı Dövlət Universitetinin, E.Həsənov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbələridir.
----------
09:24
Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.
Loading.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:
"Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımi tibbi yardım göstərilib. Müalicələri davam edir".