Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 10-12-2019, 12:00

"Ramiz Əzizbəylini bağışlayıram" - Afaq Bəşirqızı

"Ramiz Əzizbəylini bağışlayıram" - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı "Səhər-səhər" verilişinin qonağı olub.

Aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edib. A.Bəşirqızı bildirib ki, Əzizbəylini dediklərinə görə bağışlayıb:
"Bəxt üzüyü"ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi.
Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi.
Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim".
Qeyd edək ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 447 429 439 477 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.