Yaddaşınızı gücləndirmək üçün 3 üsul

Ocağı söndürdüm, ütünün elektrikdən çəkdim, mən indi bu otaqda nə edəcəkdim? və daha nələr... Belə sualları siz də tez-tez özünüzə verirsinizsə, onda xatırlamağı asanlaşdıracaq bu üç üsulu tətbiq edin.
Müşahidəçi olun
Bu gün günorta yeməyində yeməyi təqdim edən qarson qadının saçı nə rəng idi? Yoldaşınız bu gün hansı paltosunu geyindi? Yeni detalları fərq etmək üçün zaman ayırdığınızda, bu zehininizin iti qalmasını təmin edir. Yolda gedərkən sağınıza, solunuza, prospektin fərqli künclərinə baxın. Daha əvvəl diqqət etmədiyiniz iş yerləri, ya da evləri diqqət etməyə çalışın. Müşahidəçi olmaq, sizi daha əvvəl fərqində olmadıqlarınızla tanış edir. Heç ehtiyacınız olmayan məlumatlar olsa da, detalları müşahidə və yadda saxlamaq, sizin yaddaşınızı kəskinləşdirir.
Yüksək səslə yaddaşınıza qəbul edin
Qapını bağladım?, Dərmanı atdım?, Ütünü elektrikdən çəkdim? kimi işləri hər zaman unutmaq mümkündür. Çölə çıxdıqdan sonra qaçaraq evə geri gəlməkdənsə, bütün bu işləri edərkən öz özünüzə yüksək səslə söyləsəniz yaddaşa qəbul etmiş olarsınız."Bu gün dərmanımı içdim", "İndi qapını bağlayıram" kimi yüksək səsli yada salmalar işinizi asanlaşdıracaq.
Eyni anda bir neçə iş görməyin
Bir əlinizlə yemək yeyir, digər əlinizlə telefonla danışırsınız? Fonda da radio xəbərləri? Bəzən başqa şansınız yoxdur, bir gün içində birdən çox işi, vəzifəni yerinə yetirmək məcburiyyətindəsiniz. Amma eyni anda bir çox işi görmək, həm işinizin keyfiyyətini, həm də sizi ruhdan sala bilər. Həyatınızda müxtəlif bir neçə işi eyni anda deyil, hər işə müəyyən zaman ayıraraq edin. Belə olduqda zehninizin artıq yüklənməsinin qarşısını almış olacaqsınız.