Karantinə görə "bekar" qalan satıcılar "Survivor" oynadılar - VİDEO

Çindən digər ölkələrə yayılan koronavirus cəmi bir neçə ay ərzində dünyanı çökdürərək ən güclü dövlətləri belə, qorxuya sala bilib.

Epidemiyanın yayıldığı bir çox ölkədə insanlara evdə qalmaq məsləhət görülür. İtaliya, Neapol və Hindistan kimi bəzi ölkələrdə komendant saatları elan olunub.

Loading.Az-ın worldometers.info-ya istinadən verdiyi xəbərə görə, ümumilikdə 950 mindən çox insan koronavirusa yoluxub, bu virusdan ölənlərin sayı 48 mini keçib, 202 mindən çox adam isə sağalıb.


Koronavirusun qarşısını almaq üçün görülən tədbirlər nəticəsində dünyanın hər yerində küçələr, bazarlar boşalıb, mağazalar bağlanıb.

Lakin məsələyə yumorla yanaşanlar da az deyil. Məsələn, Türkiyədə bazarın boş olduğunu fürsət bilib "bekarçılıqdan" "Survivor" oynayan satıcılar kimi.

Sosial şəbəkələrdə yayılan bu "oyun" böyük maraqla qarşılanıb.
[media=https://www.youtube.com/watch?v=SupswD_l3U8&feature=emb_logo]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 582 469 462 475 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.