Koronavirus qadağasına əməl etməyənləri dəmir çubuqla "ovlayıb" QƏFƏSƏ SALDILAR - FOTOLAR
Çindən digər ölkələrə yayılan koronavirus cəmi bir neçə ay ərzində dünyanı çökdürərək ən güclü dövlətləri belə, qorxuya sala bilib. Son məlumatlara əsasən, ümumilikdə 870 mindən çox insan koronavirusa yoluxub, bu virusdan ölənlərin sayı 43 mini keçib.

superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, epidemiyanın yayıldığı bir çox ölkədə insanlara evdə qalmaq məsləhət görülür. İtaliya və Hindistan kimi bəzi ölkələrdə komendant saatları elan olunub.

Bu ölkələrdən biri olan Nepalda isə koronavirusla mübarizə çərçivəsində məcbur olmadan küçələrə çıxmamaq qadağası qoyulandan sonra ölkənin təhlükəsizlik qüvvələri qadağaya əməl etməyənləri çox maraqlı üzulla çəzalandırırlar.
Belə ki, onlar səbəbsiz yerə küçəyə çıxanları uzun çubuqlarla "ovlayaraq" xüsusi dəmir qəfəslərə salırlar.

Qeyd olunur ki, ölkədə martın 25-də başlayan qadağa uzadılmasa, bu gün sona çatacaq.
Yanvarın 23-dən bəri Nepalda koronavirus xəstəliyinin cəmi 5 nəfərdə aşkarlandığı bildirilir.