Eşq sizin möcüzənizdir
Eşq sizin möcüzənizdir.
Eşqə inanmamaq üçün 2 səbəb vardır.
Ya heç aşiq olmamısınız, ya qəlbinizdə çox böyük bir yara daşıyırsınız.
Ancaq səbəb nə olursa olsun, eşqə inanmamaq, sizdən başqa birinin də itkisi deməkdir.
Eşqə inanamayaraq bütün qapıları tək-tək bağladığınızda, sizin tərəfinizdə seviləbiləcək birinin də talehini dəyişdirməyiniz deməkdir.
Eşq, möcüzələr yarada bilər.
Sizi dəyişdirər, gözəlləşdirər, fərqliləşdirər və böyüdər.
Bu həyatda heç görmədiyiniz rəngləri göstərər.
Eşq, sizin düşündüğünüzdən daha sərt və başına buyruq bir əfəndidir.
Gəldiyi hər yerdə üstünlüyünü hiss etdirəcək qədər böyük bir egosu vardır.
Sizi ələ keçirmədən, sizi dəyişdirmədən buraxmaz.
Əgər siz içinizdə bəzi dərin duyqular hiss edir, birinə aşiq olduğunuzu düşünür ama onu sevərkən özünüzü yenidən kəşf etmir, dəyişmir və eyni qalmağa dəvam edirsəniz; qarşılaşdığınız şey eşq deyil.
Eşq; bəzən acısıyla, bəzən içində yaşayarkən, sizdə var olan ama heç bilmədiyiniz hallarınızla qarşılaşmağınızı təmin edər.
Eşqlə razılaşmağın yolu, qəbullanmaqdır.
Onu əhilləşdirə bilməzsiniz.
Canınızın istədiyi kimi dəyişdirə bilməzsiniz.
O sizi çevirmək, inkişaf etmək, böyütmək üçün yola çıxmışdır.
Bu hekayənin qəhrəmanı siz deyilsiniz, eşqin tam özüdür, bunu qəbul etməlisiniz
Eşqə inanmamaqda sonsuza qədər müstəqilsiniz; necə deyərlər, eşqin də çox vecinəydi?
Eşq, qapıları tək-tək dolaşır.
Ona inananları mükafatlandırır, dəyişdirir.
Hər əlaqə yaxşı sonla bitməz çünki yaxşı sonla bitən hekayələrdə içimizdəkiləri ortaya çıxardacaq acı yoxdur.
Eşq bir heykəltəraş kimidir.
Kənarlarınızı yontar və sizdən möhtəşəm bir əsər çıxardar.
Daşların səsi olsaydı, son halını alana qədər hər yontulduğunda necə canının yandığını hayqırardı.
Acıyla yuyulan ürəklər böyüyər, inkişaf edər, dəyişər və gözəlləşər.
Yetkinlik, eşqlə birlikdə siz fərqində olmadan gözlərinizə yerləşər.
Və unutmayın ki; Eşq ocağında bişən hər palçıq mütləq bir gün şəkillənər.







