Xaliq

Xaliq Sağlamlıq 17-06-2020, 19:30

Kofe hansı problemlərin həllinə kömək edir?

Kofe hansı problemlərin həllinə kömək edir?
Alimlər qəhvənin çətin vəziyyətdən çıxış yolu tapmağa kömək etdiyini açıqlayıblar. Qəhvənin faydaları və zərərləri dünyada alimlər tərəfindən daimi olaraq öyrənilir. Müsbət təsir göstərməsi üçün gündə nə qədər qəhvə içməyin lazım olduğuna dair bir çox fikirlər var. Alimlər həmin miqdarı tapmağa görə çoxsaylı araşdırma və sınaq keçiriblər.  ABŞ-dakı Greensboro və Arkanzas Universitetinin alimləri kofenin mühüm qərarlar verməkdə rolunu araşdırıblar. Məlum olub ki, qəhvə yaradıcı enerjinin aktivləşməsinə, yeni ideyaların yaranmasına və çətin və mühüm məsələlərin həllinə kömək edir. Araşdırmaya görə, kofe fikir axını yaradır və mürəkkəb problemlərin həllini tapmağa kömək edir. Alimlər hesab edir ki, qəhvə divergent və konvergent düşüncəyə kömək edir.
Tədqiqatçılar bununla bağlı təxminən 100 nəfərin üzərində test aparıblar. İnsanların bir hissəsinə bir fincan qəhvə (200 ml), digər hissəsinə isə kofe tərkibli olmayan içki verilib. Kofe içənlər düzgün cavab tapmağı və diqqəti cəmləməyi daha tez bacarıblar. Amma o da vurğulanıb ki, kofe yalnız normada içiləndə müsbət nəticə göstərir. Beləliklə, gündə 1-2 stəkan qəhvə orqanizmə ziyan vurmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
525 507 512 469 473 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.