Xaliq

Xaliq Mətbəx 24-06-2020, 10:00

Snickers tortunun ən sadə və 100% alıman resepti

Snickers tortunun ən sadə və 100% alıman resepti
Ərzaqlar:


•1 stəkan bitki yağı;
•1.5 stəkan şəkər tozu;
•4 yumurta;
•1 stəkan süd;
•3 yemək qaşığı kakao;
•2.5 stəkan un;
•10 qr qabartma tozu;
•vanil;


Krem üçün:


•1 qatılaşdırılmış süd;
•200 qr kərə yağı;
•200 qr yerfıstığı;


Beze üçün:


•3 yumurta ağı;
•1 stəkan şəkər tozu;


Qlazur üçün:


•100 qr tünd şokolad;
•200 ml qaymaq;


Hazırlanması:


•Biskvit üçün yumurta,şəkər tozu və vanili mikserlə ağarana qədər qarışdırın.
•Üzərinə süd və bitki yağını da əlavə edib qarışdırın.
•Kakaonu da ələkdən keçirib bura əlavə edin.
•Un və qabartma tozunu ələkdən keçirib əlavə edin və qaşıqla qarışdırın.
•Biskvit üçün qaba kalka kağızı salıb xəmiri tökün və 180 dərəcəli isidilmiş sobada 45-50 dəqiqə bişirin.
•Soyudub qabdan çıxarın.
•Krem üçün yumşalmış kərə yağını mikserlə 2-3 dəqiqə çalıb üzərinə qatılaşdırılmış südü əlavə edib hamısını mikserlə qarışdırın.
•Beze üçün 3 yumurtanın sarısını ağından ayırın.
•Yumurta ağlarının üzərinə şəkər tozu töküb su hamamında şəkər tozu əriyənə qədər qarışdırın.
•Daha sonra bu məhlulu isti halda mikserlə ağarıb həcmini artırana qədər çalın.
•Biskviti bişirdiyiniz ölçüdə bezeni kalka kağızının üzərinə dairəvi şəkildə yayıb 100-120 dərəcədə 2 saata yaxın quruyana qədər bişirin.
•Yerfıstıqlarını sobada və ya qazın üzərində bir qədər qovurun.
•Biskivt soyuduqdan sonra iki yerə bölün.
•Biskvitin üzərinə krem çəkin və bir qədər xırdalanmış yerfıstığını səpin. •Üzərinə bezeni bütöv halda qoyub yene krem çəkib yerfıstığını səpin və ikinci korjun alt hissəsini də kremləyib qoyun.
•Tortun kənarlarını və üzərini də kremləyin.
•Üzəri üçün şokoladı hazırlayın. Bunun üçün qaymağı kiçik bir qazanda qızdırın, kənarda üzərinə şokoladı doğrayıb tökün və əriyənə qədər qarışdırın.
•Bir qədər soyudub tortun üzərinə tökün və bərabər şəkildə yayın.
•Üzərini yerfıstığı ilə bəzəyə bilərsiniz.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 455 475 455 480 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.