HASANLY

HASANLY Sevgi 8-10-2020, 14:19

Həyat çox qısa, xoşbəxt olmağa gec qalma

Həyat çox qısa, xoşbəxt olmağa gec qalma
Musiqini yüksək səslə dinlə. O zaman qəlbinin səsini daha az eşidəcəksən.
Yanındakını sev. O zaman uzaqlarda kimisə axtarmazsan.
Özünə dəyər ver. O zaman səni dəyərsiz edənlərdən daha asan qurtularsan.
Və qəlbini bəzən, ağlını hər zaman dinlə. O zaman daha çox xoşbəxt olarsan.

Həyat çox qısa, xoşbəxt olmağa gec qalma

Sənə sahib olduğu üçün özünü xoşbəxt hiss etmirsə, onu itirməklə həyatından heç nə əskilməz.



Əgər bir qadın onu üzsən belə səni bağışlayırsa, demək ki səni çox sevir. Həmdə başqaları kimi yalandan deyil. Gerçəkci, içdən, dərin hissedərək. O qadın var ha, o sənə
əsla zərər verməz. Yıxılmaz o. İçi qan ağlasa belə üzü gülər, bəlli etməz. Hər zaman dimdik qalmaq istəyər. Cünki başqalarının bədbəxliyindən xoşbəxt olan insanların varlığından bixəbərdir. Çözmüşdür həyatı anlamışdır. Nə olursa olsun yanında qalar. Çünki səndən başqa gedəcək bir yeri yoxdur. Tərk etmə o qadını, dəyərini bil. Çünki illər boyu axtarsan da, onda tapdığın güvəni başqa heç kimdə tapmayacaqsan.



Dünyaları versən belə, qiymətini bilməyəcək olanlar var. Görəcəyi kiçik bir sevgi qırıntısına, səni dünyalar qədər çox sevənlər də olacaq.
Həyat sənin, qərar da sənin!



Həyatda insan hər şeyə alışır. Alışdıqca öyrəşir. Öyrəşdikcə güclənir. Və hər bitiş, sandığın kimi qorxuducu olmur.
Yoxluğuna da alışırsan. Onsuz da gülə bilirsən. Bir başqasını da sevə bilirsən.
Buna görə: Sev amma çox bağlanma. Darıx, amma gəlmirsə gözləmə.
Həyat çox qısa, xoşbəxt olmağa gec qalma.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
732 762 666 608 622 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.