Gulusum

Gulusum Sağlamlıq 19-10-2020, 14:30

Koronavirusun yeni təhlükəli əlaməti aşkarlandı

Koronavirusun yeni təhlükəli əlaməti aşkarlandı
London Universiteti Kolleci və Kral Milli Komitəsinin alimləri koronavirusun yeni simptomunu aşkarlayıblar.

Bu barədə LoaDinG.az "Express" nəşrinə istinadən xəbər verir. Alimlərin məlumatına görə, COVID-19-a yoluxma pasiyentlərin eşitmə qabiliyyətində dəyişikliklər yarada bilər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı pasiyentlərin bir hissəsi tinnitusdan - qulaqlarda zəng səsindən və ya səs-küydən şikayət edirlər.

Həmçinin COVID-19-u ağır formada keçirmiş xəstələrdə bu simptom eşitmə qabiliyyətinin tamamilə itkisi ilə müşahidə edilib.

Tədqiqatçıların sözlərinə görə, hazırkı vaxtda koronavirusa və onunla bağlı simptomlara həsr edilmiş xeyli araşdırma işlərinin olmasına baxmayaraq, bu virusun insanın eşitmə qabiliyyətini pozması haqda hələlik çox az məlumatlar var. Bununla əlaqədar olaraq həkimləri infeksiyanın belə təzahürlərinə daha çox diqqət etməyə çağırıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 454 464 369 380 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.