Gulusum

Gulusum İdman 23-10-2020, 12:00

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

LoaDinG.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.

"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

00:07
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

LoaDinG.az-ın məlumatına görə, hazırda meydan sahibləri hesabda öndədir 1:0. "Makkabi"nin heyətində Yonaten Kohen 10-cu dəqiqədə fərqlənib.

23:47
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

LoaDinGaz in məlumatına görə, fasiləyə meydan sahibləri hesabda öndə yollanıb - 1:0. "Makkabi"nin heyətində Yonaten Kohen 10-cu dəqiqədə fərqlənib.

23:12
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ilk qol vurulub.

LoaDinG.az-ın məlumatına görə, 10-cü dəqiqədə meydan sahibləri hesabı açıb.

"Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

23:01
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin "Makkabi" komandasına qarşı matçı start götürüb.

LoaDinG.Az-ın məlumatına görə, "Blumfild" stadionunda qarşılaşma saat 23:00-da başlayıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
758 825 762 680 748 754

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.