Diablo

Diablo Mətbəx 1-11-2020, 17:00

Şaftalı pirojnası

Şaftalı pirojnası
Tərkibi:

Xəmir:
- 3-3,5 stəkan un
- 80 qr kərə yağı
- 2 x.q. qatı xama
- 1 stəkan şəkər tozu
- 1 ç.q. vanilli şəkər tozu
- 2 yumurta
- 1 ç.q. qabartma tozu
Krem:
- yarım banka qatılaşdırılmış bişmiş süd ("squşonka")
- 50 qr qoz
Üzərinə çəkmək üçün:
- yarım stəkan çuğunduq və yarım stəkan kök şirələri

Hazırlanması:

Yumurta şəkər tozu ilə çalınır.
Yumşaq kərə yağı, xama, vanilli şəkər tozu əlavə olunur, yaxşı çalınır.
Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur, xəmir yoğrulur. Xəmir yumşaq və elastik alınmalıdır.
Xəmirdən kiçik tikələri kəsin, xəmirə şaftalının yarısının formasını verin, yağ çəkilmiş tavaya düzün.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, təxminən 15 dəqiqə ərzində bişirin (çox qurutmayın).
Hazır "şaftalı"nın ortasını oyun, "squşonka" doldurun, qoz qoyun.
Sonra şaftalı yarılarını biri birinə yapışdırın ki, bütöv "şaftalı" alınsın.
Üzərinə fırça ilə kök və çuğundur şirəsini çəkin, şəkər tozu səpin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 522 477 458 488 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.