Son meleyim..

Son meleyim.. Xəbərlər 10-11-2020, 19:20

Cəlilabad və Biləsuvar sakinləri qələbəni qeyd edir

Cəlilabad və Biləsuvar sakinləri qələbəni qeyd edir
Cəlilabad sakinləri Azərbaycan Ordusunun Qarabağ müharibəsində qazandığı qələbəni böyük coşqu ilə qarşılayıblar.

LoaDinG.az Muğan bürosuna istinaden xəbər verir ki, gecə saatlarından sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə axın edib.

“Zəfər bizimdir”, “Yaşasın Ali Baş Komandan”, “Qarabağ Azərbaycandır” və başqa şüarlar səsləndiriblər.

Sakinlər bu qələbə sevincini onlara bəxş edən və yaşadan Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda Biləsuvar rayonunda da vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər. Şənlik gecə saatlarında başlayıb və hələ də davam edir. Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən rayon sakinləri qələbə yürüşünə start veriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
554 513 480 459 452 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.