Toyuq şorbası
Tərkibi:
Toyuq əti-6-7 tikə
Düyü(yumru) yarım st
Soğan -1
Kartof-2
Kərə yağı
Kök-2
Duz istiot
Su
Hazırlanması:
Tikələr yuyulub və qazana su tökülüb, 1saat qaynadılır.
Qaynayanda kəfi yığılır.
Kənarda qazana yağ töküb əvvəlcə doğranmış soğanı biraz qızardılır.
Sonra kök, kartofu doğrayıb içinə əlavə edirik soğanın.
Daha sonra toyuq suyunu və tikələri onların üzərinə tökürük.
Qaynadıqda düyünü(əvvəlcədən yuyulub suda saxlanılır )də artırırıq.
Üzərinə zövqünüzə görə göyərti əlavə edə bilərsiniz.






