ÊLfidÂ

ÊLfid Məsləhətlər 13-11-2020, 13:00

Bayılma zamanı ilk tibbi yardım

Bayılma zamanı ilk tibbi yardım

Bayılmanın səbəbi yorğunluq, qorxu, ağrı, güclü emosiyalar (məsələn, qan gördükdə) istivurma, anemiya (qan azlığı), ürək-damar xəstəlikləri, miokardın infarktı, kəllə-beyin travması, aclıq, diabetiklərdə qanda şəkərin kəskin şəkildə aşağı düşməsi, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanların)və s.dir.

Bayılma zamanı zərərcəkənə ilk tibbi yardım göstərmək üçün, onu başı bədənindən bir qədər aşağı olmaqla (bu, qan kütləsinin baş beyinə daha çox gəlməsini təmin edir)uzatmaq, onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.)otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq) lazımdır. Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir. Zərərçəkəni heç bir halda bu vəziyyətdə tək qoymayın. Zərərçəkəni özünə gətirmək üçün onun üzünə soyuq su çiləmək və ya ona ammonium xlorid (naşatır spirti) və ya 9%-li sirkə məhlulunda isladılmış pambığı ehtiyatla
burnuna 2-3 sm-dən yaxın saxlamamaqla iylətmək sirkə ilə gicgahlarını sürtmək lazımdır. Zərərçəkən özünə gəldikdən sonra, ona isti şirin çay və ya kofe içizdirmək məsləhət görülür. Özünə gələr gəlməz bir qədər duz qatılmış su verin. Adətən bayılma onlarla saniyə ərzində davam edir. Əgər zərərçəkən 3 dəqiqə ərzində özünə gəlmirsə, dərhal "təcili yardım" çağırın.

Bayılmanın növlərindən biri də hipoqlikemik komadır. Bu əksər hallarda şəkərli diabet olan xəstələrdə qanda şəkərin kəskin şəkildə enməsi zamanı baş verir. Bu halda zərərçəkənə göstərilən ilk tibbi yardım adi bayılmadan fərqli olur.
Şəkər - beyinin qidalanması üçün əsas qida maddəsidir. Buna görə də onun çatışmazlığı sinir hüceyrələrinin "aclığına" və onların funksiyasının kəskin şəkildə pozulmasına səbəb olur. Hipoqlikemiyanın ilkin əlamətləri olan kimi xəstəyə təcili şəkildə hər hansı bir şirin qida (qənd parçası, konfet, bir neçə qaşıq mürəbbə, şirin bulka, peçenye, 1 stəkan şirin çay və s.)vermək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 552 544 556 551 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.