ice berg

ice berg İdman 30-11-2020, 13:30

UFC prezidenti Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən danışdı

UFC prezidenti Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən danışdı
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC-nin yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən bəhs edib.

Bu barədə Loading.az Rusiya mətbuatına istinadən xəbər verir.

Uayt Nurməhəmmədovla görüşəcəyini təsdiqləyib. O, bildirib ki, idmançı ilə Əbu-Dabidə danışıqlar aparacaq.

"Bu, tezliklə olacaq. Nə vaxt ki, vaxt gələcək, mən sizə məlumat verəcəm. İnanıram ki, Nurməhəmmədov rekord 30-0-a görə qayıdacaq", - UFC-nin “Veqas 15” yarışından sonra keçirilən mətbuat konfransında Dana Uayt deyib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov UFC 254 yarışında amerikalı MMA döyüşçüsü Castin Qetji üzərində qələbə qazanıb və peşəkar karyerasının tamamlandığını elan edib.

Daha əvvəl isə Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-yə qayıdışına işarə edib. İdmançı bu barədə özünün instaqramdakı hesabında bildirib. "Tezliklə görüşəcəyik", - rusiyalı kəmər sahibi UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəklinin altında yazıb. Rusiya mediası bunu Həbib Nurməhəmmədovun Mütləq Döyüş Çempionatına qayıdışına eyham kimi qiymətləndirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 584 516 513 473 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.