HASANLY

HASANLY Xəbərlər 2-11-2018, 13:00

Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək

Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək
Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək


Mütləq Döyüş Çempionatının (UFC) prezidfenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözlənilənlər haqqında fikir bildirib.

LOADiNG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, Uayt Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: "Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar".

O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 654 574 572 609 629

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.