reklam
Bürclər - 18 FEVRAL Bürclər - 18 FEVRAL http://take.az/uploads/posts/2017-02/1487411401_bez-nazvaniya.jpg
ADMiN

ADMiN Bürclər 18-02-2017, 13:48

Bürclər - 18 FEVRAL

Bürclər - 18 FEVRAL

Qoç - Çətin məsələlərin həllində təmkinli davranın. Peşəkar həyatda və şəxsi münasibətlərdə dəyişikliklər ola bilər.

Buğa - qəfil, amma xoş yeniliklər istisna deyil. İşlər çoxdur və axşama yaxın ciddi yorğunluq hissi yaranacaq. Orqanizminizi sınağa çəkməyin.

Əkizlər - ağır fiziki iş, yağlı yemək və səhhət üçün zərərli təamlardan imtina edin. Axşam saatlarında səhhətinizə fikir verin.

Xərçəng - ünsiyyət, mühüm məsələlərin müzakirəsi, səylərin birləşdirilməsi üçün önəmli vaxtdır. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onların hisslərini anlamağa çalışın.

Şir - yaxşı tanımadığınız insanların sizə qarşı yönələ biləcək planlarının reallaşması üçün münbit zəmin hazırlamayın. Ailə tədbirləri üçün əlverişli vaxtdır.

Qız - çətin qərarlar qəbul etməyə, başqalarına görə məsuliyyəti öz üzərinizə götürməyə hazır olun. Qətiyyətli, inadkar və əzmkar olun.

Tərəzi - yaxın ətrafınızdakı insanlara təsir edə biləcək təmkin və soyuqqanlılıqla irəliləyin. Nüfuzlu insanlarda xoş təəssürat yaradın. İşgüzar münasibətlərə dəyişikliklər etmək, yeni məqamları müəyyənləşdirmək olar.

Əqrəb - ofisdə və evdə yeniliklər üçün xeyirli gündür. Evdə kiçik təmirə başlamaq olar. Tamamilə fərqli, yeni sahədə qüvvənizi sınayın. Yeni gəlir mənbələri yarana bilər.

Oxatan - vaxt taparaq son vaxtların ən mühüm olaylarını təhlil edin. Gözlənilməz nəticələr hasil ola bilər.

Oğlaq - rutin, eyni işlər usandıra bilər. Yeni və qeyri-adi nə isə arayırsınız. Orijinal layihəyə və ya işə başlamaq olar.

Dolça - rahatlıq və sakitlik axtarışında olsanız da, günün ilk yarısı intensiv çalışmağı tələb edir. Əks cinsin mənsubu ilə rahatlıqla dil tapacaqsınız. Köməyə ehtiyacı olan insana real dəstək verin.

Balıqlar - yeni işə, sifarişin yerinə yetirilməsinə, layihəyə başlaya bilərsiniz. Kiçik səfərlər uğurlu, uzun səyahət isə uğursuz olacaq. Alış-veriş üçün düşərli gündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 348 349 380 318 331

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.