HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 3
Bölüm 3.
.......
Həmin gündən sonra Sara mənim ən yaxın rəfiqəm olmuşdu. Mənə "Qurtarıcım" deyirdi. Aramızda sirr yox idi. Nə olsa bir-birimizlə paylaşırdıq. Gələcəyə dair gözəl arzularımız ,planlarımız var idi. Azad da bizə qoşulmuşdu. Arada Sara ilə dalaşırdılar. Nə vaxt ki susqunlaşırdım Məni gülümsətmək üçün əllərindən gələni edirdilər... Kənanla münasibətimiz isə tamamilə fərqli idi..Nə yaxın idik,nə də uzaq.. Hər kəslə soyuq davranırdı. Hərdən onu özümə bənzədirdim. Bəlkə, o da mənim kimi yaralı idi. Sonradan onun haqda bəzi şeylər eşitmişdim. Məsələn,25 yaşı vardı; Hərbi xidmətini bitirəndən sonra universitetə qəbul olmuşdu; Sevgilisi başqası ilə evlənmişdi. Yəqin, bu sərtliyi o qıza görə idi. Ancaq, Kənan bilmirdi ki hər kəs eyni deyil.
Soyuq qış günlərindən birində Sara xəstə olduğu üçün universitetə tək getməli oldum.Qızdırması çox olduğundan onu tək qoymaq istəmirdim. Sara "Mən yaxşıyam..Azadı tək qoyma " deyərək məni məcbur göndərdi.. Universitet həyətinə daxil olanda saata baxdım. Dərsə 5 dəqiqə gecikmişdim. Məcburən liftlə qalxacaqdım. Ağlıma gələn bütün pis fikirləri qovub liftə qaçdım, 7 rəqəmini basdım və qapılar bağlandı. Həyəcanlanmağa başlayırdım. Normalda liftdən az istifadə edirdim. Qaranlıqdan qorxurdum,qapalı yerlərdə isə çox qala bilmirdim.Qorxularıma nifrət edirdim... Bu gün bəxtim gətirməmişdi. Lift anidən titrədi və dayandı. Yox..yox.. Qorxduğum başıma gəlmişdi. Özümü itirmədən telefonu çıxarıb Azada zəng etdim. Tərslikdən telefonu açmadı.. Qrupumuzdakı bir neçə nəfərə mesaj yazsam da şəbəkə itdiyi üçün heç biri ötürülmədi.. Liftin qapısını döyüb,var gücümlə "Kömək edin" deyə qışqırdım. Soyuq havada isti tər axırdı kürəyimdən. Nəfəs almaqda çətinlik çəkirdim.Üzərimdəki paltomu və şərfi çıxardım. 15 dəqiqədən çox olardı ki liftdə idim və həyəcandan qulağım küyləşir, başım gicəllənirdi. Taqətim tükənmişdi. Liftin bir küncünə atdım özümü...
- Sara...Niyə məni məcbur elədin axı.. Heç Azad da mənə kömək edə bilməyəcək...
Son anda atam gəldi gözlərimin qabağına. Qulaqlarımdakı küy artırdı, elə hiss edirdim ki kimsə ürəyimi ovucları arasında sıxır. Özümü qaranlığın qollarına buraxırdım.
-Yox.. Qorxuram. İşıqları söndürməyin. Qorxuram...
Addımladığım qaranlıq yolda belimə dolanan qolları hiss edirdim.
Gözlərimi açanda universitetin tibb məntəqəsində idim. Yenidən doğulmuşdum, sanki.Göz yaşlarımı sərbəst buraxıb hönkürtü ilə ağladım. Azadın səsini eşidib sakitləşməyə çalışdım. Məni möhkəm qucaqladı.
-Bağışla,Nazlı. Bağışla məni. Sənə çata bilmədim. Sakitləş. Hər şey keçdi. Yanındayam..
Bir qədər yaxşı olandan sonra geyinib həyətə endik. Bu gün ölümə qalib gəlmişdim. Azad məni evə qədər ötürəcəkdi.
Azad: Yaxşı olmusan?
Mən: Hə.
Azad: İncimisən məndən?
Mən: Yox. Nəyə görə inciməliyəm? Sən mənim liftdə qaldığımı nə bilərdin axı..(gülümsədim) Təşəkkür edirəm,Azad. Məni xilas elədin.
Azad saçlarını qarışıdırıb,utancaq şəkildə "Nazlı, səni mən xilas etməmişəm" dedi.
Mən:(təəccüblə dayandım) Sən deyilsənsə,bəs kim idi? Axı oyananda yanımda sən idin...
Azad: Kənan. Səni o xilas edib. Dərsə gələndə lift işləməyib. Elə ondan şübhələnib ki içəridə kimsə qalıb. Kömək çağırıb səni oradan çıxarıb. Sonra da sinifə gəlib mənə xəbər eləyib.
Nə deyəcəyimi bilmirdim. Kənan məni xilas eləmişdi.
Mən: Ona mütləq təşəkkür etməliyəm.
Azad gülümsədi: Bəxtin gətirib ki, Kənan da gecikib dərsə.. Yoxsa indi olmazdın yanımda.
Gülümsədim:Yoxluğum ağır olar,Azad...
Azad da yanaqlarımı sıxaraq gülümsədi.
-Mənim yoxluğumu demirsən hələ.
Dodaqlarımı bir-birinə sıxdım. İtirmək qorxusu vardı canımda.
-Yaxşı, Azad. Sözümü geri alıram. Mənim dostumsan axı. Səni yoxluğumla sınamaram. Qocalana qədər sənin yanında olacam.
Binaya çatanda Sağollaşıb evə qalxdım. Bu gün olanları Saraya danışdım. Sara peşman olmuşdu.
-Ah, Nazlı..Sən getmək istəmirdin. Mən səni məcburən göndərdim. Getməsəydin bunlar yaşanmayacaqdı. Dərslərdə də iştirak etmədin. Bağışla məni.
Sara susmaq bilmirdi. Bir təhər onu sakitləşdirdim. Onun bu halına dayana bilmirdim. Yanına uzanıb onu qucaqladım.
-Onsuz da müəllimlər üzrlü saydılar. Hər şey yaxşıdır,Sara. Bəlkə,belə olmalı idi. Mən bunları yaşamalı idim. Daha keçdi.
Otağıma gedib özümü çarpayıya atdım. Yatıb günün yorğunluğunu üstümdən atmaq istəyirdim...
Zəngli saatın səsi ilə şirin yuxudan oyandım. Sara dünənə nisbətən yaxşı olsa da dərsə getməyəcəkdi. Yeməyimi yeyəndən sonra hazırlaşıb universitetə yol aldım. Həyətdə Kənanı gördüm.Ona təşəkkür borcum var idi. Məndən xeyli irəlidə gedirdi. Arxasınca qaçıb ona çatmağa çalışdım. Ayaqlarım bir-birinə dolaşdı. Qısıq səslə qışqırdım,az sonra həyətin ortasında yıxılıb biabır olacaqdım. Kənan səsimi eşidəcək qəfil geri döndü. Qolumdan tutub geri çəkərək yıxılmağıma əngəl olmuşdu. Bir neçə saniyəlik gözlərinin içinə baxdım. Hiss edirdim ki ətrafdakılar bizi seyr edir. Cəld gözlərimi ondan çəkib özümü topladım. Nəfəsimi sabitləyib
"Salam" deyə bildim alçaq səslə.
Kənan: Yaxşı görünürsən. (dodağını xəfif yuxarı qaldırdı)
Mən: Təşəkkür edirəm. Sənə borcluyam.
Kənan: Kim olsa mənim etdiyimi edərdi.(vecsiz şəkildə üzümə baxdı)
Mən: Yenə də minnətdarlığımı bildirməliyəm. Bəlkə, bir az da qalsam ölərdim orada.
Kənan dayandı. Gözlərimin içinə baxdı.
- Yaşamaq həvəsin çoxdur,deyəsən? (!) (kinayə ilə gülümsədi)
Gülümsəyəndə gözlərini qıyırdı, yanağının bir tərəfi isə batırdı. İlk dəfə idi ki başqasının gözlərinə uzun-uzun baxırdım..
-Yaşamaq üçün məqsədlərim var. Ölmək planımda yoxdur hələ ki..
Kənan irəli gələrək arada bir addım məsafə buraxdı. Küləyin boynumdan atdığı şərfi düzəldib əlavə etdi
- "Hamı asan-asan ölməz, Nazlı".
Sadəcə, gedişini izlədim.. Bu həyatda asan nə vardı ki?
3-cü bölümün sonu
Müəllif-ParadiseSark

QEYD: Çox istəyərdim ki, hekayəni oxuyanlar fikir bildirsinlər. Növbəti bölümlərdə nə olacaq, hadisələrin gedişini necə təsəvvür edirsiz? Hekayənin sıxıcı olan tərəfi nədir?