Əzan oxumağa başlanılması
Məscidi Nəbəvi inşa edilmişdi. Ancaq Müsəlmanları namaz vaxtlarında bir araya toplayacaq bir dəvət şəkli hələ yox idi. Müsəlmanlar gəlib vaxtın girməsini gözləyirlər, vaxt girdikdə namazlarını qılırdılar.
Hz.Məhəmməd bir gün, əshabını toplayaraq, bu mövzu haqqında müzakirə etməyə başladı. Səhabələrin bəziləri, Xristiyanlarda olduğu kimi çan çalınmağını, digər bir qismi Yəhudilər kimi boru öttürülməsini, bir qismidə Məcusilərinki kimi namaz vaxtlarında atəş yandırılıb yüksək bir yerə götürülməsini təklif etdi.
Peyğəmbər Əfəndimiz, bu təkliflərin heç birini bəyənmədi. O sırada Hz.Ömər söz aldı və "Ya Rəsulallah! Xalqı namaza çağırmaq üçün niyə bir adam göndərmirsən?" dedi. Rəsuli Əkrəm, o anda Hz.Ömər'in təklifini uyğun gördü və Hz.Bilal'a, "Qalx ya Bilal, namaz üçün səslən!" deyə əmr etdi. Bunun üzərinə Hz.Bilal, bir müddət Mədinə küçələrində, "Essela! Essela! [Buyurun namaza! Buyurun namaza!]" deyə səslənərək Müsəlmanları namaza çağırmağa başladı.
Aradan çox zaman keçmədən, əshabdan Abdullah b. Zeyd bir yuxu gördü. Yuxusunda, günümüzdəki əzan şəkli ona öyrədildi. Hz.Abdullah, sabah açılan kimi, sevinc içində gəlib yuxusunu Hz.Məhəmməd'ə (s.a.s.) danışdı. Rəsul-i Əkrəm, "İnşAllah bu, gərçək bir yuxudur!" buyuraraq dəvətin bu şəklini təsvip etdi.
Hz.Abdullah Hz.Rəsulallahın əmri ilə əzan şəklini Hz.Bilal'a öyrətdi. Hz.Bilal, yüksək və gür sədası ilə Mədinəyi əzan səsləriylə çınlatmağa başladı.
Mədinənin bu səslərlə çınladığını eşidən Hz.Ömər, həyəcan içində evindən çıxaraq, Rəsul-i Əkrəmin hüzuruna çıxdı. Vəziyyəti öyrəndikdən sonra, "Ya Rəsulallah! Səni haqq dinlə göndərən Allaha and içirəm ki Abdullah'ın gördüyünün eynisini məndə görmüşdüm!" dedi. Peyğəmbərimiz, iki nəfərin eyni yuxuyu görməsindən ötrü Allah'a həmd etdi.
Ruhsuz, mənasız, həyəcansız və dadsız çan çalmaq, boru öttürmək vəya atəş yandırmaq harada, yerüzündə "tövhid" ülvi həqiqətini elan edən, Hz.Məhəmməd'in (s.a.s.) peyğəmbərliyini hayqıran və iman əsaslarının tamamını xalqa eşitdirən məna dolu "əzan" harada?






