HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 20.
20-ci bölüm.
--Kənandan--
Səssiz gecə, qaranlıq otaq.. Bir zamanlar bu evə gülüş səsləri hakim idi. İndi isə ortalığa çökən sükut qulaqları batırır...
Anam məni tərk edəndən sonra söz vermişdim özümə. Heç bir qadını sevməyəcəkdim, güvənməyəcəkdim, inanmayacaqdım. Həyat isə öz qanunlarına tabe edir insanları. Biz istəsək də, istəməsək də tale çarxını fırladır. Sözümü tuta bilməmişdim. Leylanı sevmişdimsə də yenə tərk edilmişdim. Leylaya olan kinim ilə Nazlının gənclik arzularını ləkələmişdim. Kabusuna çevrilmiş bir həyat yaşatmışdım ona...Hər şeyi düzəltməyə çalışdım. Özümü bağışlatmaq istədim. Nə qədər getməmək üçün özümü məcbur etsəm də Nazlının yaşadığı evin ətrafında dolanırdım. Otağındakı zəif işığı görəndə bilirdim ki yatıb. Ancaq bir gün otağı qaranlıq gördüm. İllərdir silə bilmədiyim nömrəsinə zəng etdim. Nömrəsinə zəng çatdığına görə sevindim. Dəfələrlə zəng etsəm də cavab vermədi. Evinə qədər gedib qapının zəngini çaldım. Qapını açıb gülmüşdü. Bu qədər ürəkdən güldüyünü ilk dəfə görürdüm. Ona sarılmaq , heç buraxmamaq istəyirdim. Dodaqlarından tökülən cümlələr ilə sarsılmışdım: "Mən başqasını sevirəm ".
Ona xoşbəxtlik arzulamaq qalmışdı mənə. Günahkar idim, gecikmişdim, sevməkdən qorxmuşdum, qorxumdan qaçmışdım. Nazlı başqasını sevirdi. Sevgini ona başqası tanıtmışdı. O adam mən ola bilməmişdim. Onun həyatında yerim qalmamışdı... Bu düşüncələrlə ümidimi itirsəm də növbəti gün Nazlı evimizə qədər gəlmişdi. Ümid qığılcımları yenidən alovlanmışdı. Nə qədər inkar etsə də onu razı salmaq üçün bu evə gətirdim. Uşaqlığımın ən gözəl xatirələri olan evə. Başqası olsa da həyatında Nazlı mənim yanımda idi. Məndən qorxurdu, yaxınlaşanda titrəyirdi. Ona zərər vermək istəmirdim. Onu sevdiyimi etiraf elədim.Məndən zaman istədi. Bu məni bir az da ümidləndirdi. Ancaq telefonla danışan adamla-Kərimlə səmimiyyətini görəndə ümidlərim puç oldu. Özümü saxlaya bilməyib yenə mübahisə yaratdım. Əllərimlə divara yumruq vurdum dəfələrlə. Acını hiss etmirdim.. Birlikdə keçən bir gecəmiz illər əvvəl yaşanan kabus dolu gecənin yaralarını bağlasa da, ürəyimin qan ağlayacağı gecəni gətirdi. O gecə Nazlı Kərimin evində idi. "Kərimi sevir" düşüncəsi məni rahat buraxmırdı. Nazlıya zəng edib ünvanı istədim. Nazlını heç kəsə verməyəcəkdim. O mənə aid idi.. Yaralarını başqası ilə yox mənlə sağaltmalı idi.. Nazlı göndərdiyi ünvana çatıb küçəyə endim. Küçədəki ilk evin qarşısında dayanıb maşından endim. Həyətin qapıları geniş açılmışdı. Deyəsən, evdə qonaq vardı. İrəlidə dayanan orta yaşlarda bir adamla Salamlaşıb gözlədim. Adam " Oğlum, Kərimi gözləyirsən?" deyə soruşdu. Artıq söz danışmaq istəmədiyim üçün "Bəli" dedim.. Səbrim qalmadığı üçün adamın arxasınca həyətə tərəf getdim. Gülə-gülə mənə tərəf yaxınlaşan Kərimlə Nazlı qarşımda dayanmışdı. Bir az da irəli gedəndə gözlərim Kərimin yanındakı qadına sataşdı. Qulaqlarım eşitmədi, bu dünyadan uzaqlaşdım, səslər uğultuya çevrildi. Qadının üstünə gedib " Sən?" deyə bildim. Bu baxışları unuda bilərdimmi? Hər gecə şəkillərinə baxıb "Ana" deyib ağladığım qadın indi qarşımda dayanmışdı. Məni tərk edən,məni analıq sevgisindən məhrum edən qadını tanısam da, o məni tanımadı. Nazlının əlindən tutub təəccüblə mənə baxıb nə olduğunu anlamağa çalışan qadını geridə buraxdım.. İllər əvvəl onun məni tərk etdiyi kimi.. Maşını sürətləndirdim. Nazlının yanımda olduğunu unutmuşdum. Hönkürtü ilə ağlayanda maşını cəld dayandırdım. Nəfəs ala bilmirdi.. Özümü sözlərlə ifadə edə bilməyəcək vəziyyətdə idim. Nazlı nə danışırdısa da anlamırdım:" O adam mənim atam idi"..
Daha təəccüblənməyə halım qalmamışdı.
Taleyin hökmünə məhkum iki gənc.. Biz bunları yaşayacaq günah etməmişdik. İkimiz də tərk edilmişdik. Yenə zaman çarxını çevirib yollarımızı birləşdirmiş və bizi sınağa çəkmişdi...
Həmin gecə yeni dərk edirdik yaşanları..Yorğun düşüb yuxuya təslim etmişdik özümüzü. Yuxudan oyanıb Nazlının otağına keçdim. Yatırdı, yanına getmək, ona toxunmaq istədim. Ancaq heç nə etmədim. Evdən çıxıb maşınla evə gəldim. Bir gün əvvəl Nazlı ilə birlikdə hər şeydən uzaq qaranlıq ancaq həyatıma işıq salacaq bir gecə yaşamışdım bu evdə.. Səhərə qədər onu seyr eləmişdim. İllərin həsrəti sona çatmışdı burada. Sahib olduğum bütün gözəl duyğuları Nazlıya borclu idim. Anamın gedişi ilə külə dönən duyğularım Nazlı ilə birlikdə canlanmışdı... Nazlı oyanan kimi yoxluğumu hiss edib mənə zəng etmişdi. Zənglərə cavab vermədim. Bu gün özümlə tək qalacaqdım...Səssiz gecə, qaranlıq otaq..
20-ci bölüm sonu.
Müəllif-ParadiseSark.