ADMiN

ADMiN Sağlamlıq 28-02-2017, 15:47

Sağlam olmaq istəyirsinizsə, əməl edin - 5 SADƏ MƏSLƏHƏT

Sağlam olmaq istəyirsinizsə, əməl edin - 5 SADƏ MƏSLƏHƏT
Yaz mövsümü yaxınlaşdıqca qəfil hava dəyişikliyi yoluxucu xəstəliklərə də təsirini göstərir. Ancaq həyatınızda müəyyən dəyişikliklər edərək və sağlam vərdişlərə yiyələnərək, xəstəlikləri bədəninizdən tamamilə uzaqlaşdıra bilərsiniz. Loading.az lent.az-a istinadən xəstəliklərdən qoruyan 5 məsləhət verir.

Bol qatıq yeyin

Səhər yeməyindən sonra bir kasa qatıq yeyin. Xüsusilə səhər saatlarında yeyilən qatıq, həzm sistemini canlandırır və bağırsaqlardakı zərərli bakteriyaların bədəndən atılmasına kömək olur. Gənc yaşlarından qatıq yeyən insanlar gələcəkdə menopauza dövründə yaranacaq sümük əriməsinə də mane olur.

Hərəkət edin

Hərəkətsiz qalmaq xəstələnməyinizə səbəb olur. Nə qədər aktiv və hərəkətli olsanız, immunitet sisteminiz də bir o qədər güclü olacaq.

Sarımsaq yeyin

Hər gecə yatmazdan əvvəl bir diş sarımsaq yeyin. Sarımsaq infeksiyalarla mübarizə aparmağa, qan təzyiqini tarazlıqda saxlamağa və xolesterol səviyyəsini nizamlamağa kömək olur. Aparılan araşdırmalara görə, hər gün bir diş sarımsaq yeyən insanlar yeməyənlərə nisbətən az xəstələnir.

Gözəllik yuxusu şərtdir

Vaxtınız olduqda günortalar yatmağa çalışın. Günorta yuxusu həm dəri, həm də sağlamlığa xeyirdir.

Soyuq su


İlıq və ya isti su ilə duş qəbul etdikdən sonra soyuq su ilə bədəninizi yaxalayın. Bu, qan dövranının artmasına kömək olacaq. Eyni zamanda, soyuq suyun altında bir neçə saniyə qalmaq immunitet sisteminin güclənməsini təmin edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
616 585 597 587 567 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.