ADMiN

ADMiN Sağlamlıq 2-03-2017, 00:25

Almadan insan orqanlarının implantları yaradılacaq

Almadan insan orqanlarının implantları yaradılacaq
Alma müasir tibb üçün yeni imkanlar yaradacaq, insan orqanlarının implantları məhz bu meyvədən hazırlanacaq.

Loading.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə kanadalı alim, Ottava Universitetinin dosenti Endryu Pilling bildirib.

Gənc alimin sözlərinə görə, insan orqanlarının implantları çox bahadır, onların süni yolla yaradılması isə çox çətin prosedurdur, amma alma ucuz və rahat materialdır, meyvədən yeni orqanlar böyüdüb implantlar yaratmaq daha asan və sərfəli olacaq.

“Əvvəl almanı lazımi formada kəsib hüceyrələrini neytrallaşdırmaq lazımdır, daha sonra qalan meyvə qatına insan DNK-sı əkilməlidir. Hüceyrələr inkubatorda böyüyərək nəticədə insan qulağına çeviriləcək”.

Alimin sözlərinə görə, bu cür qulaqlar insan bədəninə uyğunlaşır, bu artıq təcrübələrlə sübut olunub.

Laboratoriya tədqiqatlarını sübut etmək üçün kliniki sınaqların keçirilməsi planlaşdırılır, sınaqlar uğurla başa çatsa, müasir tibb yeni imkanlar əldə edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
693 617 596 585 595 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.