Həyat istəyənindir.
Üzümdəki mükəmməl təbəssüm,səbəbsiz gülüş və xoşbəxtlik yansıması,həyatımda hər şeyin necə də gözəl və yolunda getdiyi anlamına gəlmir.Mənim də ağrılarım,acılarım,başımı yastığa qoyanda insan kimi ağlamaqlarım,üzülməklərim var.Lakin,nə edək?Susub da,qalaq mı?İzin verək ki həyat bizi öz oyuncağına mı çevirsin?Hər şeylə barışıb,mübarizəsiz məğlub mu olaq?Yox,yox.İnadına gülmək,sevmək,xoşbəxt olmaq gərək.Uşaqlığınızı xatırlayın sadəcə.Utanmayın bunu qəbul etməyə.Silin üzünüzü,gözünüzü köynəyinizin qoluyla və hər səhər yenidən mübarizəyə başlayın.Həyat istəyənindir.






