Kənan Heydərov

Kənan Heydərov Texnologiya 22-03-2021, 23:00

Bu model telefon ürək xəstələri üçün risklidir

Bu model telefon ürək xəstələri üçün risklidir
Elmi araşdırmalar nəticəsində "iPhone 12"nin ürəyə yerləşdirilmiş tibbi dəstək cihazlarına mənfi təsir göstərdiyini aşkarlayıb. "Apple" da bu araşdırmanı paylaşdıqdan sonra rəsmi saytında istifadəçilər üçün xəbərdarlıq məktubu yerləşdirib.

Xəbərdarlıqda kardiostimulyatordan istifadə edən şəxslərdən "iPhone 12" modellərini və "MagSafe" cihazlarını ondan ən az 15,5 santimetr aralı tutmaları istənilib.

Ehtimala görə, problemin səbəbi "iPhone 12s"dəki ən yeni xüsusiyyətlərdən biridir. MagSafe adlanan və güclü maqnitlə telefona qoşulan şarj alətinin ürəkdəki tibbi dəstək cihazlarına mənfi təsir göstərdiyi bildirilir.

Henry Ford Ürək-Damar İnstitutunun kardioloqları tərəfindən aparılan araşdırmada, "iPhone 12"də batareya və şarj cihazının yaratdığı elektromaqnit sahələrinin kardiostimulyatorun işinə xələl gətirdiyi aydın olub. Xüsusilə də köynək cibində "iPhone 12" gəzdirməyin ciddi risk olduğu qeyd edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
465 497 529 540 440 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.